İsmayıllıda kartof yığımına başlanılıb

Rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları 2017-ci ilin məhsulu üçün 917 hektar sahədə kartof əkmiş və 10 min tondan artıq məhsul toplamışlar. İsmayıllıda kartof yığımına başlanılıb                              Yüksək məhsul əldə olunmasının əsasında intensiv texnologiyalar və innovativ metodların tətbiqi dayanır. Odur ki, cari ildə 200 hektar sahədə sənaye üsulu ilə kartof əkini aparılıb. Bu üsulla əkin aparan təsərrüfatlardan biri də “Aqromaster” MMC-dir. Müəssisə tərəfindən yüksək məhsuldar “Marabella” və “Berlima” sortlarından istifadə edilib. Müsəssisədə bir neçə gündür ki, kartof yığımına başlanılıb. Məhsul yığımında hər gün 70-80 nəfər işçi çalışır. İlkin nəticələrə əsasən hər hektardan 400-450 sentner məhsul götürülür. Yığım davam edir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz