Milli Qurtuluş günü qeyd olunub

13 iyun 2018-ci il tarixində İsmayıllı T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.Milli Qurtuluş günü qeyd olunubTədbiri giriş nitqi ilə açan Məktəbin direktoru Rusan Qasımov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. O, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu olduğunu qeyd edib.Milli Qurtuluş günü qeyd olunub
Daha sonra çıxış edən məktəbin tarix müəllimi Samir Nizamlı bildirib ki, bu müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir.
Tədbir məktəblilərin ifasında müsiqi və şeirlərin səsləndrilməsi ilə başa çatıb.
Sədəf Mikayılova,
İsmayıllı RTŞ-nin metodisti

Şərh Yaz