Silahlı qüvvələrimizin 100 illiyi qeyd olunub

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü İsmayıllı rayon T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində qeyd olunub.Silahlı qüvvələrimizin 100 illiyi qeyd olunub
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş bayram tədbirini məktəbin direktoru Rusan Qasımov açaraq iştirakçıları təbrik edib. 100 yaşlı Azərbaycan ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərindən danışıb.
Ardınca çıxış edən məktəbin tarix müəllimi Nizamlı Samir Ulu Öndərimizin düşünülmüş siyasəti möhtərəm cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, inkişaf etmiş Azərbaycanımızın yenilməz ordusu var. “Ordumuz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli orduya çevrilib, müdafiə sənayemiz beynəlxalq səviyyədə inkişaf edib”.
Tədbir məktəblilərin təqdimatında şeirlərin səsləndirilməsi ilə başa çatıb.
Elnarə Günəş

Şərh Yaz