Nə yaxşı ki…

Ağbulaq kənd ümumi orta məktəbində kənd klubu və kitabxanası ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.Nə yaxşı ki...      Tədbirdə yerli təşkilatların nümayəndələri, ziyalılar və sadə zəhmət adamları iştirak ediblər. Ənənəvi “Kitab bayramı”na uyğun, xüsusi zövqlə bəzədilmiş zalda Ulu öndərin həyat və fəaliyyətinin müəyyən məqamlarını əks etdirən sərgi tədbirə toplaşanların diqqətində olub.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb. İştirakçılardan M.Əşrəfov, M.Baxışova, E.Dəmirova, A.Əhmədova Ulu öndərin ömür yolundan bəhs edən məlumatları dilə gətirib bu dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinə və azərbaycan xalqına verdiyi əvəzsiz töhfələrdən danışıblar.
Bədii özfəaliyyət dərnəyinin üzvləri ifa etdikləri mahnı və şeirlərlə tədbiri rövnəqləndiriblər. Şagirdlərdən Murad Əsədovun, Rəqsanə Əşrəflinin, Ləman Əkbərovanın, Yasin Əşrəflinin çıxışları tədbir iştirakçılarının rəğbətini qazanıb. Səslənən şeirlərdən birində deyildiyi kimi:
Üzü gülür torpağın da, daşın da,
Nə yaxşı ki, Tanrı bizə yar imiş.
Nə yaxşı ki, məmləkətin başında,
Ulu öndər, Heydər baba var imiş!
Sonda Ulu öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən filmə baxılıb.
Əflatun Baxışov,
məktəbin müəllimi

Şərh Yaz