Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edilib

21 may 2018-ci il tarixində Basqal qəsəbə İƏD üzrə nümayəndəlik və məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edilibTədbirdə RİH-nin məsul işçisi Nəsimi Teymurov, İsmayıllı rayon Təhsil Şöbəsindən aparıcı məsləhətçi Ramiz Baloğlanov, metodist İlham Vahabov, məktəb rəhbərliyi, fənn müəllimləri, şagirdlər və qəsəbə sakinkləri iştirak edib. Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edilibBasqal İƏD üzrə nümayəndə Novruz Əsədovun təqdim etdiyi məruzə müstəqilliyimizin yaranması və bərpa dövrlərini, hazırda Azərbaycanın sürətli və hərtərəfli inkişafını əks etdirib. Tədbir zamanı iştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib,mahnı və şerlərdən ibarət kompozisiya nümayiş etdirilib. Kompozisiyada Cümhuriyyət tarixinin əsas anları, şeir parçaları, mahnılar və nəsr parçaları ilə əks etdirilib. Sonda qonaqlar və məktəbin direktoru çıxış edərək şagirdlərə öz təşəkkürlərini bildiriblər.Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edilib
Sədəf Mikayılova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz