Qazanılmış etimad yekdil səsə çevrildi

26 mart tarixində YAP İsmayıllı rayon təşkilatı partiya tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat-təbliğat kompaniyası çərçivəsində Xanagah, Qurbanəfəndi, Qalacıq kəndlərində seçicilərlə görüş oldu.Qazanılmış etimad yekdil səsə çevrildi
Qazanılmış etimad yekdil səsə çevrildi
Qazanılmış etimad yekdil səsə çevrildi                  Keçirilən tədbirləri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova açdı. O qeyd etdi ki, əsası ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi prinsiplərə əsaslanan çoxşaxəli sosial-iqtisadi inkişaf strategiyası inamla davam etdirilmiş, müstəqil Azərbaycan Respublikası bütün həyati əhəmiyyətli sahələrdə dinamik tərəqqi yolu keçib. YAP İsmayıllı rayon təşkilatının İdarə Heyətinin üzvləri Zaur Muradov, Valeh Salehov, Sərdar Yəhyayev çıxış edərək ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə daha da inkişaf etdirilməsini qeyd etdilər.
Daha sonra çıxış edən kənd sakinləri Vəzirxan Fətəliyev, Tükəzban Balalıyeva, Fikrət Bədirov, Nadir Balayev və başqaları Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin yürütdüyü siyasətdən razılıq etdilər. 11 apreldə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində də bunun qarşılığı olaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini vurğuladılar.

Şərh Yaz