Yaddas kitabcasi

“Dağ çiçəkləri”

“Dağ çiçəkləri” Görmüşəm

Sadə kəndli balasıyam,
Həmişə azı görmüşəm.
Qədərə, haqqa inanıb,
Doğrunu, düzü görmüşəm.

Əzilmişəm haqlı-haqsız,
Dözüb durmuşam dayaqsız.
Əynim paltosuz, papaqsız,
Qışı, ayazı görmüşəm.
“Dağ çiçəkləri” Görmüşəm

Sadə kəndli balasıyam,
Həmişə azı görmüşəm.
Qədərə, haqqa inanıb,
Doğrunu, düzü görmüşəm.

Əzilmişəm haqlı-haqsız,
Dözüb durmuşam dayaqsız.
Əynim paltosuz, papaqsız,
Qışı, ayazı görmüşəm.

Atam yazıq qışda, yazda,
Ömrü baltada, dəryazda.
Paltar dəyişib ayazda,
Qazanıb ruzi, görmüşəm.

Anam solub güllərində,
Təndir, bazar yollarında.
Lavaş sürtən əllərində
Г‡örəyi, duzu görmüşəm.

Az tapmışam, az yemişəm,
“Allah, sən yetir”, – demişəm.
Borcumu tez ödəmişəm,
Utanan üzü görmüşəm.

Г‡örəyə əyilib düz əlim,
Dövran qoymayıb düzəlim.
Gah od olub, gah köz əlim,
Könlümü razı görmüşəm.

Azımdan az dada-dada,
Yaşamışam bu dünyada.
Son günümü salıb yada,
Beş arşın bezi görmüşəm.
Nazir Ziya Talıstanlı

Qalınçağım

Bezib ayrılıqdan, gəldim üstünə,
Neçə vaxtdır qızınmırdım istinə.
Uşaqlıqdan alışmışam tüstünə,
Qızdı torpağında yenə ayağım,
Körpəliyim, uşaqlığım –“ Qalınçağım!

Sevincinin həsrətini çəkmişəm,
Təzə dərdi, köhnə dərdə bükmüşəm.
Bircə anlıq sevincimdən hürkmüşəm
Hönkür-hönkür ağlayanda alaçığım,
Yetkinliyim, cavanlığım –“ Qalınçağım!

Bircə içim suyun üçün gəlmişəm,
Bir anını duyum üçün gəlmişəm.
Qucağında uyum üçün gəlmişəm,
Pərt eləmə övladını, ocağım,
Qocalığım, ahıl çağım –“ Qalınçağım!

Hər daşında həkk edərəm, izimi,
Min dərd-bəla qatlamadı dizimi.
Bir macal ver, açıqlayım özümü,
Diz çökərəm qabağında, ocağım,
Əzəl yurdum, son bucağım –“ Qalınçağım!

Г‡ətin anın ürəyimə qubardır,
Qubarımı aram-aram qabardır.
Ər övladın dərd önündə divardır
Ad-sanındır neçə-neçə qoçağım,
Gözəl kəndim, barlı bağım –“ Qalınçağım!
Sadiq Babaoğlu

Səni yaşatmaq üçün
Dodaqların “Gəl!” – deyəndə, barmaqların əsdimi?
Ürəyinin döyüntüsü, nəfəsini kəsdimi?
“Gəl!” – deyəndə dolub-dasdı üzundəki çuxurlar?
Göyərdimi sinən üstə, gəzmədiyim cığırlar?
Yanıb Tanrı evinəcən, yarana kül sıxdınmı?
Darıxanda ilan kimi, qabığından çıxdınmı?
Səndən sonra əllərimi, gözlərimi itirdim.
İtirdikcə öz içimi, sökdüm, yedim bitirdim.
Sən dərdinə dərman tapıb, bircə gecə istəyən.
Mənsə sənə yoluxandan, sağalmayan xəstəyəm.
Sən qovuşmaq arzusuyla yaşayırsan, bilirəm,
Mənsə səni yaşatmaqçun, hissə-hissə ölürəm.
Turac Hilal

Gözlərimdən yağdı dərdin yağışı

Dayaqları sevgi idi taxtımın,
Hər bir anı sevinc idi vaxtımın.
Düyün düşdü ilməsinə baxtımın,
Sayalandı, yarım qaldı naxışı,
Gözlərimdən yağdı dərdin yağışı.

Г‡ıxıb getdi ürəyimdən dincliyim,
Sazaq gördü, yaralandı gəncliyim.
Naz etməyə kimdən küsüm-inciyim?
Yoxa çıxdı yar gözləri, baxışı,
Gözlərimdən yağdı dərdin yağışı.

Həsrətindən bağrım başı deşildi.
Yarım getdi torpaqlaşıb daş oldu,
Yazım dönüb boran oldu, qış oldu,
Alnımdadı yetimliyin qırışı,
Gözlərimdən yağdı dərdin yağışı.
Xatın
“Dağ çiçəkləri”
Niyə çıxmışam

Yerdə taraz gəzəmmirdim,
Coşub fələyə çıxmışam.
Peşmanam, yaman peşmanam,
Qudurub göyə çıxmışam.

Qal ha bəxti söyə-söyə,
Öz başına döyə-döyə…
Qoşulub beş-üç dəliyə,
Bilmirəm, niyə çıxmışam.

Ta nə xeyri, yoram başı?!
Atım yerə haram başı.
Bir daş ola, vuram başı,
Düşüb hay-küyə, çıxmışam.

Bəlkə, ulduz umurdum mən,
Ərşi cənnət edirdim zənn?
Г‡ox bezikib, bəlkə, yerdən,
Bura ölməyə çıxmışam?

Bir mən ərşdə, biri yerdə,
Biri tozda, biri nurda …
Xatırladım: mənə burdan
Baxıb gülməyə çıxmışam.
Oqtay İsmayıllı

Azərbaycan

Kül altında közüm qalıb,
Ürəyimdə sözüm qalıb.
Dərbəndində izim qalıb,
Azərbaycan!

Babadağın, Qoşqarın var,
Savalanın, Murovun var.
Yad əllərdə girovun var,
Azərbaycan!

Yaradandan gücünü al,
Düşmənindən öcünü al,
Sonra dincəl, dincini al–“
Azərbaycan!

Kür, Arazın, Xəzərin var,
Aya, Günə bənzərin var.
Üstümüzdə nəzərin var,
Azərbaycan!

Kimliyimdə sənin adın,
Adındadır tamın, dadın.
Gözlərini oyaq yadın–“
Azərbaycan!

Г‡oxum gedib, qalıb azım,
Ərdəbildə gəzim, azım.
Təbrizində ötsün yazım,
Azərbaycan!

Bəsdir daha olduq fağır,
Başımıza qaxınc yağır.
Qisas üçün hayla, çağır,
Azərbaycan!

İşarə ver komandanım,
Damarımda qaynar qanım.
Qurban olsun sənə canım
Azərbaycan!

…Gəzir eli aşıq Cünun,
Həsrətində Koroğlunun,
Sən bir Leyli, mən bir Məcnun.
Bəs mən səndən necə doyum,
Sinəm qabar, oyum, oyum,
Azərbaycan!

Düşmənimi əzəmməsəm,
O dağlarda gəzəmməsəm,
Qalib olub, bəzəmməsəm,
Gülməyəcəm, Azərbaycan!
Ölməyəcəm, Azərbaycan!
Xalıq Yusifoğlu

Bir gözələ

Əlində güzgüsü daranan gözəl,
Daraq da təmasdan şanə-şanədi.
Г‡oxu həsrət qalıb qara bir xala,
Səninsə üzündə danə-danədi.

Qiyamət səhnədir külək qopması,
Zülflərin üzünün duvaqqapması.
Nə lazım yanağa boyaq yapması,
Növraq pozulmaqçün bir bəhanədi.

Pərişan saçların üzdə dağını,
Baxanlar əridir ürək yağını.
Dolaşma sərgərdan sevda bağını,
Gen qaçıb deyərlər bu divanədi.

Qolayla güzgünü əlindən daşa,
Etsən kifayətdir Günə tamaşa.
O ki, öz əksindir gəzirsiz qoşa,
Heyif ki, dövrəniz yanə-yanədi.
Fizuli Baxışov

Məna taparsan

Daşdan möhkəm nə yaranıb dünyada?
Vaxtı yetişəndə məhv olur o da.
Yaranıb lal-dinməz, yaşı da çoxdur,
Faydası bəllidir, zərəri yoxdur.

Var oldu, bilmədi nə şər, nə günah,
Onunçün ömrünü uzatdı Allah.
Olur ki, daşa da nəfs atır insan,
Düşünsən, daşda da məna taparsan.
Mirəli İsmayıllı
“Dağ çiçəkləri”
İsmayıllımız

Ərən Cavanşirin bir vaxt çatdığı
Ocağın közüdür İsmayıllımız.
Elə istidir ki, qoynu, qucağı,
Ananın özüdür İsmayıllımız.

Hüsnü, gözəlliyi dağlardan alıb,
Vurğun vəsf eyləyib, xəyala dalıb.
Ulu babalardan əmanət qalıb,
Onların izidir İsmayıllımız.

Lahıc zindanları keçmişdən soraq,
Düşmənin canına düzəltmiş yaraq.
Oxu tarixini sən varaq-varaq,
Ərənlər sözüdür İsmayıllımız.
Azər İsmayıllı

Günahsız yaşayaq

Böyük günahları dar şüşələrdə,
Satıb çörək pulu qazananlar var.
Doğrunu oğruya edib ərməğan,
Sevgiyə nifrəti qatan anlar var.

Hər şərdən bir xeyir umduq yaşadıq,
Hamı tək özünü düşündü, durdu.
Bəzən haqqa gözü yumub yaşadıq,
Г‡oxları cibini düşündü durdu.

Yığaq günahları bəlkə bir yerə,
Г‡oxalmasın deyə kəsək kökünü.
Bir sevgi toxumu səpilsin yerə,
Almayaq çiyinə günah yükünü.
Gülsüm

Basqal haqqında elegiya

Kəndə getdim, gileyləndi qohumlar:
Nədən gec-gec görünürsən, sirmi var?
Burda səni hamı sevən, qucandır,
Tay-tuşların səni görmür haçandır.
Eh! Olanda on üç, on dörd yaşında,
Oynayardıq bulaqların başında.
Hələ quşlar oyanmamış yuvadan,
Səs-küyümüz yüksələrdi obadan.
Qışın şaxta-boranında, hər səhər,
Qar içində oynayardıq bəxtəvər…
Bir gün gəldim. Kənd üstündə təpədən,
O yerlərə nəzər saldım bir də mən –“
Baba dayı çeşmə üstə çıxmayır,
Atam Nadir dəzgahına baxmayır.
Ağarəhim şanaları düzməyir,
Akka baba sarağanı əzməyir.
Nazim əmi “ağzəmi”ni asmayır,
Abduləli daha buta basmayır.
Rasim əmi ət keçirmir qarmağa,
Qadir əmi çıxmır lülə asmağa.
Mahmud kişi qoyun sürmür otlağa,
Səmid əmi camış qatmır qabağa.
Şirzad dostum gəzmir küçəbəküçə,
Nağı əmi əzan vermir sübh, gecə.
Mövlan əmi işlətməyir hamamı,
Gördükləri əzir, sıxır adamı.
Dərd olsa da, deyəcəyəm düzünü,
Zibeyir əmi qoyub gedib bizini.
Məzən dayı qılımçədən daş asmır,
Ənsar əmim məngənəsin heç açmır.
Rəfi kişi şapka qoymur qıyğacı,
İsgəndərsiz meşələrə çox aşı.
Cavan-cavan tay-tuşlarım hanı bəs?
Nə Xanlardan, nə Tahirdən yoxdu səs.
Г‡ox cavanlar gedər-gəlməz oldular,
Bir çoxları vaxtsız açıb soldular…
Boş qalıbdır Xarabiyan sinəsi,
Xarabadır Soltan əminin binəsi.
Dolanırıq hərəmiz bir şəhərdə,
Görüşürük ya xeyirdə, ya şərdə…
İndi deyin, niyə kəndə gəlim mən?
Olanları hardan, necə bilim mən?
Nə saydığm bu kəslərdən biri var,
Nə gördüyüm o evlərin yeri var.
Kim uçurub, kim sökübdü, bilmirəm,
Ona görə mən də kəndə gəlmirəm.
Ağasəf Basqallı

Məsləkim

Buluda bənzəyir məsləksiz insan,
Onu hər tərəfə küləklər qovar.
Məqsədi, məsləki olmadığından,
Bəzən yağış olar, bəzən qar olar.

Bəzən toqquşanda başqa buludla,
Bilməz ki, bu nəyə, kimə gərəkdir.
Bəzən də dayanıb ölü sükutla,
Hardasa bir külək gözləyəcəkdir.

Hadisələr qovur bizi küləktək,
Qərq etmək istəyir fırtınalarda.
Mənsə məsləkimi yelkən edərək,
İrəli gedirəm boranda, qarda.
Rövşən Niyallı

Sıxar həsrət ürəyimi

Ay dolanar, il dolanar,
Sıxar həsrət ürəyimi.
Bir gün, səndən xəbərsiz,
Tərk edərəm bu dünyanı.
Xəyal kimi. Sonra…
Sonra da xatirəyə dönüb
Qapınızı döyərəm.
Qəfil sevinc kimi,
Gözlənilməz vüsal kimi
Xatirələrin üzünə
Açarsan qapını…
Barmaqların, dodaqların titrəyər,
Gözlərim böyüyər, görərsən ki,
Bir quruca xəyal qalıb.
İtirilmiş məhəbbətdən
Şeirlərim, misram qalıb.
İtirilmişlər dadına çatar,
Vurularsan onlara.
Duyğularım bircə anda,
Qara bir göz qırpımında
Göz yaşlarını qurudar.
Qulaqların cingildəyər,
Quruyub qalarsan yerindəcə
Cavabsız bir sual kimi.
Görüşünə səsim gələr…
Gələr mavi xəyal kimi,
Yenidən qayıdaram ömrünə.
Qarışaram nəfəsinə, səsinə,
Son qoyarsan
Bu dünyadan gileyinə,
Bir də umu-küsünə.
Nizami Nadirov

Gəlsin

Gözlər gözümün qarəsi bir cüt gözü, gəlsin,
Milyon gözə baxmam, alagözlüm özü gəlsin.

Heç həndəvərindən yel olub yarın əsəmməz,
Dünya gözəli tacını almış yüzü gəlsin.

Hərgah mizanın bir gözünə yar teli atsam,
Ağır gələcək, digərinə yer üzü gəlsin.

Söz verdisə, yəqin bilirəm, söz tutacaqdır,
Mən razıyam, ismarıc ilə bir sözü gəlsin.

Tərlan, qara zindandı bu aləm mənə onsuz,
Bitsin gecəsi, ömrümün ağ gündüzü gəlsin.
Tərlan Saleh

Xoş gördük, a dağ çiçəyim

”Dağ çiçəkləri” ədəbi məclisinin yaradıcısı Musa Yaquba

Musa Yaqub, namən çatdı,
Kor səbirdən bağrım çatdı.
Hələ yüz yaşına çat de:
“İzimi saxladım, getdim”.

Xoş gördük, a dağ çiçəyim,
Al çiçəyim, ağ çiçəyim.
Şükür, sağıq, sağ, çiçəyim,
Dözümü oxladım, getdim.

Göy yamaca düşdü yolum,
Əlvan çiçək sağım, solum.
Gülən üzüm –“ qızılgülüm,
Üzümü qoxladım, getdim.

Tələbəykən korçu oldum,
Şəhərdəykən kəndçi oldum.
Dönüb kəndə yurdçu oldum,
Küzümü bağladım, getdim.

“Zəhər“ Manuş aşındaymış,
İblis namərd qaşındaymış.
Düşmən ocaq başındaymış,
Gözümü bağladım, getdim.

Varlı məni çəkdi sola,
İstədi həmdəmim ola.
Г‡ıxanda onunla yola
Üzümü saxladım, getdim.

Zora, pula teylənibdi,
Dünya çoxdan keylənibdi.
Demə şair meylənibdi,
Sazımı “toxdadım”, getdim.

Hər yananın köz payı var,
Qanmayanın öz payı var.
Şairlərin söz payı var,
Sözümü haxladım, getdim.

Yaşamadım elə-belə,
Qorumu basdırdım külə.
Г‡oxunu yandırır hələ,
Közümü saxladım, getdim.

Gəlin, qara bağlamayın,
Bir gün də yas saxlamayın.
Vaqifoğlun ağlamayın,
Özümü ağladım, getdim.
Vüqar Vaqifoğlu,
Qubaxəlilli kəndi

Şərh Yaz