Tamam Nur Tağlabiyanlı

Tamam Nur Tağlabiyanlı
(Qarayeva Tamam Ağasoltan qızı)

1967-ci ildə Tağlabiyan kəndində anadan olub. “Cavanşir yurdu”, “Girdiman”, “İsmayıllı xəbərləri” və bir sıra digər qəzetlərdə şeirləri dərc olunub. “Üzüyümün qaşı düşüb” adlı şeirlər kitabının müəllifidir. “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvüdür.

Anamın ölümünə
Ömrümün kitabında arayıb, axtarıram,
Cavab tapmaqdan ötrü sualına, ay Ana.
Г‡əkdiyim bəlaları eşidəndə bilirdim,
Nələri gətirərdin xəyalına, ay Ana.

Г‡əkmir məni özünə, cəlb eləmir ev, həyət,
Yoxluğun mənim üçün olmuş, olub həqiqət.
Hələ sağlığındaykən mənə verib nəsihət,
Öyrətmisən çörəyin halalına, ay Ana.

Örtmüş olsam başıma, bağlasam evdə, çöldə,
Yaylıq çiçəyə dönür, açır üstündə gül də.
Qalmır əsər-əlamət, ağrı-acıdan əldə,
Toxunası olanda əl şalına, ay Ana.

Vətən torpağında

Gəl coşmasın, çağlamasın ürək vətən torpağında,
İlham, təb mənbəyi olan yaza göz qoy, bahara bax!
Bir yaxın gəl, təmizqəlblim, safürəklim, tamaşa et,
Yaylıq, örpək altındakı al yanağa, rüxsara bax,
Dil-dil ötür burda hər kəs, şeir olur dodağında,
Gəl coşmasın, çağlamasın ürək vətən torpağında!

Öyrənməkdən çəkinməyir, bilmədikdə gedib baxır,
Qədir-qiyməti anlayıb, işə işsiz salır meyl.
Xoşməramlı, xoşniyyətli, əlimizdən işlər çıxır,
Qəfəs tikəsi olmuruq, məngənədə bizlik deyil.
Bitir çəmənlikdə çiçək, bülbül ağac budağında,
Gəl coşmasın, çağlamasın ürək vətən torpağında!

Neynəsin, necə eləsin bu gün dar macalda qalıb,
Nur yerinə Qarabağın başı üstə güllə yağır.
Xəyallara qərq olubdu, şair təki fikrə dalıb,
Ənginliyində səmanın dalğalanır ağır-ağır.
Baxanda hiss edirsən ki, qəm-kədər var bayrağında,
Nə cürə coşub çağlasın ürək vətən torpağında?

Azərbaycanım

Hörmətli şairimiz Əjdər Olun ”Gözaydınlığı” şeirinə

Dilin adımla bağlı olduğunu bilib mən,
Öyrətmərəm yad sözü dilə, Azərbaycanım!
Qoyulanda torpağa çoxalmaya, artmaya,
Olmayır o gilədən giləm, Azərbaycanım!

Г‡ıxardım yadı yurddan, necə qovum düşməni?
Ki, sevinib, güləsən, bilməyəsən dərd-qəmi.
Ölmərəm ki, özünə dost, sirdaş bilib məni,
Gəl, deyib çağırasan, gələm, Azərbaycanım!

Verək gözaydınlığı dərdli Araza, Kürə,
Aydınlığa qovuşa, azad ola düz-dərə.
Zülməti göz önündən məhv edə birdən-birə,
Düşə qaranlıq üstə şölən, Azərbaycanım!

Namərdlər uzaqlaşa, yaxına gələ mərdin,
Şəhərə küçə ola, görə yol üzü kəndin.
Boş qaytarasan məni, deyəsən yoxdu dərdim,
Səninlə fərəh, sevinc böləm, Azərbaycanım!

Sayılırsansa məskən, sənsənsə mənə vətən,
Qalar daim məkanın, olmaz yerimdə itən.
Söz gücünə göyərib, şeirlə birgə bitən,
Dağlarında, daşında güləm, Azərbaycanım!

Var mənim

Danışan, deyən nəsə qoymayır səsim çıxa,
Boğazımda ilişib qalan səsim var mənim.
Diş-dırnaqla görülən işin o qədərdi ki,
Bilmirəm hansı yaxşım, pisim var mənim.

Başa çıxa bilmədi tikdiyindən onu çaş,
Hörülmüş divarları, təməli çəkildi yaş.
Sevginin səbəbindən, eşq üzündən verib baş,
Ömürlük hökm sürən vayım, yasım var mənim.

Oturam mən hardasa yerimdə mən olmayam,
Yadıma gəlməyir ki, salamı da almayam.
Yoxlayıram hələ ki, calayam, calamayam,
Əlimdə qırıq telim, sınıq simim var mənim.

Şeir, söz yazıramsa

(Məcburən olsa da, özümə şair kimi baxdığımdan
hörmətli şairimiz Musa Yaqubdan çox-çox üzr istəyirəm).

Şairəmsə mən əgər, şeir, söz yazıramsa,
Bununçün ağır keçən həyata minnətdaram.
Doğrusuna, düzünə bütün günü işləyən,
Zəngi, siqnalı olan saata minnətdaram.

Şairəmsə mən əgər Tanrının izni ilə,
Onun icazəsi ilə taraz, düz olmalıyam.
Günün çox hissəsini olub dükan-bazarda,
Yazım, yaradım deyə evdə az olmalıyam.

Baxmalıyam hər şeyə, hər kəsə eyni gözlə,
Qoymamalıyam “uşaq” oynaya odla, közlə.
Tanımalıyam gözəl, müqayisəsiz sözlə,
Şeir, söz yazıramsa şairəmsə mən əgər.

Nəvəmə

Ay balamın balası, ay mənim ciyərparam,
Dildə, ağızda olan dünyaya xoş gəlmisən!
Bal-şərbət hesab edib, paylaşasan yuxunu,
Şirinlikləri olan röyaya xoş gəlmisən.

Allah qoysa böyüyüb biləcəksən yaz, bahar,
Nə söyləyəcək kaman, nə deyəcək sənə tar.
Özünə görə elin, obanın adəti var,
Eşidəcəyin həzin, laylaya xoş gəlmisən.

Yiyələnmiş olasan az vaxtda taba, heyə,
Görüm fərəh, sevincin calansın yerə, göyə.
Gəlişinə sevinib qucaq açıblar deyə,
Üzü tutub ataya, anaya xoş gəlmisən.

Qalmadı

Topuğacan uzanıb saçım yer süpürürdü,
Gəldi başıma bəla, töküldü saç-qalmadı.
Bircə anın içində dağıdıldı tifağım,
Atıldı odun üstdən, ocaqda sac qalmadı.

Ağrı-acı yarandı, sınıq bildim sağ qolu,
Otura-dura getdim dədə-babanın yolun.
Dişimlə-dırnağımla qazandım çörək pulu,
Əziyyətlə balamı yedirtdim ac qalmadı.

Hiyləbazlıq edirdi, feli qoymurdu əldən,
Kəlam eşitməyirdi, yayınırdı məsəldən.
Yadı yad kimi bilib, tanıyırdım əzəldən,
Dostlara da axırda, sonda inanc qalmadı.

Tələb edir

Ayaq üstə xəstələnib, ayaq üstə sağalıram,
Bunu məndən bir kimsə yox, vaxt, zəmanə tələb edir.
Qeysin yanından keçməyən, Leyliyə də oxşamayan,
Dağlar bu gün başqa cürə gic, divanə tələb edir.

İstəyir ki, zəli olub sovursun özgədən qanı,
Var-gəl etsin o baş-bu baş, gəzib-dolansın cahanı.
Yeyir, yatır böyrü üstə, işləməyə çıxır canı,
Fərsiz övlad atasından ev, kəşanə tələb edir.

Dil-dil ötür, od başında, dinc də qoymayır dilini,
Uzunçuluq eyləyəndi, qısa görmürəm əlini.
Qəlbin buzunu açmağa, istilətməyə könlünü,
Г‡ağrılmamış qonaq gəlib, mehmanxana tələb edir.

Eyləyir

Sağ olsun bu çətinlik, bu əzab ki, başımı,
Beynimi işlətməyə məni vadar eyləyir.
Axıracan, sonacan görülməyəndə işim,
Qoymur yuxu yatmağa, hər vaxt bidar eyləyir.

Taxt dərdi deyil dərdi, olmayır azarı tac,
Г‡atmayanı bir deyil, yüzlərlədi ehtiyac.
Dam altında, evində balasını görüb ac,
Kasıb zillət çəkəndə varlı nahar eyləyir.

Geniş yerdə əkilə, məkanı seyrək düşə,
Г‡uğundur istəyir ki, yararlı ola işə.
Təcrübədən keçirib görmüşəm ki, həmişə,
Turpun yerini soğan, sarımsaq dar eyləyir.

Eşşəyin üstdən salır, atdan düşürür məni,
Fili dəyərsiz edib, heç eyləyir dəvəni.
İnsafsızlıq, haqsızlıq olur gözün düşməni,
Şişib partlamasıyçün ürəyi şar eyləyir.

Eləsində qəlb, ürək, yumşaq olur sifət, üz,
Tənə qəbul edəmmir, götürə bilməyir söz.
Başıma gəldiyindən bilirəm ki, dəqiq, düz,
Dərd damağı kəlbətin, dişi mişar eyləyir.

Qorxuram

İt, qurd dişləməsindən yoxdur qorxum o qədər
Batıra caynağını ətə insan, qorxuram.
Həyalı kəs abrına, bürünəcək arına
Həyasızın başında ola tuman, qorxuram.

Qapısının içini basa kol-kos, alaq da,
Tıxamış ola nəsə, pambıq ola qulaqda.
Gücsüzlüyü göstərə, dayanmaya ayaqda
İstəyə həmin adam ölüdən can, qorxuram.

Elçün təşviş yaratmaq, salmaq qorxuya xalqı,
Olur su bulamağı, qurutmaları arxı.
Onların üzə durub, dirəşməsi var axı,
Tərsa, xristiandan mən müsəlman qorxuram.

Yaxşı oldu

Bağça-bostan quruyub, susuzluq yaşayırdı,
Yağışın belə vaxtda yağması yaxşı oldu.
Nuru hələ bitməmiş, yarımçıq şeiri yazdım,
Ayın qapıma tərəf doğması yaxşı oldu.

Ləyəndə su olmayır, boş saxlanır qazan da,
Təxirə düşüb evdə namaz qılınan an da.
Suyun qıt olduğu vaxt, belə vaxtda, zamanda,
Arxda qrunt suyunun axması yaxşı oldu.

Əladı ki, üzülməz, olar onun çarası,
Ölməməşi üçün alıb, yeyər ürək parçası.
Ehtiyatda qoyduğu azca çörək parçası,
Üzərində şor olan yaxması yaxşı oldu.

Sözdəndi də

Xoşum gəlir söhbəti, sözü xırdalamaqdan,
Xırda, zərif görünən ləl-gövhər sözdəndi də.
İnsanlar arasına insan kimi çıxardan,
Məni adam eyləyən qəm-qəhər sözdəndi də.

Danışdığı diliylə, sözlə tapıb hörmətin,
Görmürsən ki, qoruyub bərk saxlayır şöhrətin.
Yaradılıb anında, əsnasında söhbətin,
Bostandakı, bağdakı çal-çəpər sözdəndi də.

Namazgahda namazı şeytan sındırır, qırır,
Tanrının dərgahında naqis əyilib, durur.
Kəsilir, kəsilməyir, qırılmayır, qırılır,
Böyüklü-balacalı yol, bəndər sözdəndi də.

Daş altda qalıb

Hal-hazırda ağrıyır barmaqların onu da,
Qoynumdan çıxartdığım əlim daş altda qalıb.
Xəbərsizdim uçqunun birdən olacağından,
Qopub bir çəngə saçım, telim daş altda qalıb.

Cücərəsi olması, gözündə yaş bitməsin,
Görənlər haray çıxıb, bilənlər yan ötməsin.
Г‡ıxarda bilmirəm ki, qalxsın, ölüb-itməsin,
Bəxt sarıdan şikəstim, şilim daş altda qalıb.

Elə yatıb ki, bu daş yerdən qaldırmır başın,
Əlimdəki quru da yerini verir yaşın.
Г‡ıxarda bilsin deyə sıxıb suyunu daşın,
İsti odumdan olan külüm daş altda qalıb.

***
Г‡ətinlik yaşamıram salamı kəsəndə mən,
Asan olur küsməyim adamdan küsəndə mən.

Sevincin ağuşunda, qoynunda o məst idi
Qucağımda böyüdüb dərdi bəsləyəndə mən.

Bəddua etdi mənə: – “Ağzın yumulsun” – dedi
Г‡ağırıb neçə ağız onu səsləyəndə mən.

Eyləmədi təklifi oduna, istisinə,
O yandı od-ocaqda üşüyüb, əsəndə mən.

Vermədi tərəfini pisdən nə görmüşdüsə,
Tərifləyəsi oldu pisi pisləyəndə mən.

Getmərəm yaxınına əgər bacarmıramsa,
Mənə nə söyləyərlər mahnı bəstələsəm mən?

Kimsənin bostanına daş atmağım yoxdusa,
Tamam, nəyinə gərək kiməm, hansı kəsəm mən?

Tanıt mənə

Tablosunu yaradıb, şəklini çəkməliyəm
Göstər, hardadırsa o, dünyanı tanıt mənə.
Dərd-qəmin işi, gücü yıxmaqdı, talamaqdı,
Gəmisində dərd olan dəryanı tanıt mənə.

Ağardıb birər-birər saçlarıma salıb dən,
Bu olunmuş sən demə, dərdin istəyi məndən.
Süni rəngin, boyanın azarkeşi deyiləm,
Təbiətin verdiyi hənanı tanıt mənə.

İnsafsızlıq elədi odumu söndürəndə,
Məni haqq qapısından ümidsiz göndərəndə.
Bilim nə rəngdədirsə yatıb onu görəndə,
Ağ paltarda, dondakı röyanı tanıt mənə.

Nədi

Bəxtəvər hesab edir, bilir şeir yazanı,
Dadına baxsa bir az bilər bu şərbət nədir.
Qarşısına papağı qoyub fikirləşər ki,
Torpağa, daşa olan sevgi, məhəbbət nədir.

Г‡iyni yük götürməyib, şələ görməyib döşü,
Od-ocaqdan tez düşür, asan olur biş-düşü.
Endirib aşağıya, heçə endirir işi,
Necə bilsin bu kəs ki, əməyə qiymət nədir?

İznsiz, icazəsiz şeir gələn məqamlar,
Yarımçıq qoymaz sözü, yazar fikri tamamlar.
Şeiri dərinliyilə duyub, bilən adamlar,
Başa salıb onu ki, şeir, şeiriyyat nədir.

Rahatlaşmıram

Kim nə deyirsə, desin, danışırsa, danışsın,
Hardasa qərar tutub heç cür rahatlaşmıram.
Aqil üzümə vursa dərd-sərimi nə var ki,
Nadan, naşı seyr edir, görür rahatlaşmıram.

İşin başlanğıcında, lap hələ əvvəlində
Arxayınlıq yaratmır işində, əməlində
Yanılır bünövrədə, səhv edir təməlində,
Ev yıxan evi tikir, hörür rahatlaşmıram.

Üzülürəm ki, gəlib yaxşı nəsə danışmır,
Yayda sərinlik gəzib, qışda qışı yaşamır.
İş olsa da işləmir, daş olsa da daşımır,
Ömrünü boş, mənasız sürür rahatlaşmıram.

Qalıb

Böyük ürək ağrısıyla yazıb deməliyəm ki: –
– Olur icaəsiz “şikar”, qanunsuz “ov” davam edir.
Saxta vədə, boş sözlərə bel bağlayıb,
Mənim kimi sadəlövhlər beləsinə inam edir.

…Sınıb ürək içəridə, tikələnib olub para,
Kaman deyəmmir dərdini, qəmi də sığmayır tara.
Bəzisinin olur günü, gündüzü gecədən qara,
Adam da var, insan da var, axşamını axşam edir.

Qaranlığa düşməsi yox, al-əlvanlıq içindədir,
Dilini şirin eyləyir mehribanlıq içindədir.
İmkanlının nə vecinə, firavanlıq içindədir,
Yahu, imkanı olmayan pul olanda bayram edir…

Şərh Yaz