Müəllimlərimiz beynəlxalkq layihələrə qoşulur

Müəllimlərimiz beynəlxalkq layihələrə qoşulur            Ceyhun Həsənov adına Kürdmaşı kənd tam orta məktəbinin müəllimləri – Aytən Kazımlı və Məhəbbət Qəmbərova beynəlxalq “e Twining” layihsinə qoşulublar.
Ölkədə özünü kifayət qədər tanıda bilmiş İsmayıllı təhsilinin böyük uğurudur ki, müəllimlərimiz qardaş Türkiyənin “Hər şey sən gül deyə, şəhidim!” adlı layihəsinə qatılıblar. Bu bir türk layihəsi olsa da, məqsəd uzun illərdən bəri Vətən torpaqları, onun toxunulmazlığı və azadlığı uğrunda canından keçmiş igid, ölməz Vətən oğullarının xatirəsini əziz tutmaq və onların ailələrinin özlərini kimsəsiz hiss etməmələrini göstərmək, yetişən nsildə vətənpərvərlik, Vətənə məhəbbət, birlik və bərabərlik hisslərinin önəmli olduğunu aşılamaq, qardaş ölkədə gənclərin vətənpərvərlik tərbiyyəsi sahəsindəki təcrübəsindən faydalanmaqdır.
Müəllimlərimiz beynəlxalkq layihələrə qoşulur            Müəllimlərimiz əmindirlər ki, bu qəbildən olan layihələrin icrası, qarşılıqlı təcrübə mübadiləsi əsasında əməkdaşlıq gözlənilən nəticələri vərəcək və hər iki tərəf üçün əhəmiyyətli olmaqla, qarşıya qoyulmuş məqsədi doğruldacaqdır.
Beynəlxalq layihəyə qoşulan müəllimlərimizə uğur diləyirik!
Gülnarə Qurbanova,
məktəbin kimya müəllimi

Şərh Yaz