Günün tələblərinə uyğun dərs qurmağa çalışırıq

Günün tələblərinə uyğun dərs qurmağa çalışırıqArtıq neçə illərdir təhsildə aparılan islahatlar bu gün öz bəhrəsini verir. Həmin islahatların nəticəsidir ki, Azərbaycan təhsili dünyaya inteqrasiya edir, müəllimlərimiz çoxsaylı uğurlara imza atır. İsmayıllı da təhsili, təhsildə qazandıqları nailiyyətləri ilə həm Respublikamızda, həm də respublikadan kənarda öz sözünü deyir.
2018-ci ilin təhsildə “Keyfiyyət ili” elan olunması biz müəllimlərin qarşısına böyük vəzifələr qoyur. Müasir tələblərə cavab verən təhsil müəllimlərimizdən böyük peşəkarlıq tələb edir. Ona görə də müasir təlim texnologiyalarındn istifadə etməklə dərsi daha keyfiyyətli, daha maraqlı etməyə çalışırıq.
Bunun üçün vaxtaşırı Açıq dərslər təşkil edir və həmin dərslərin müzakirəsini aparıriq.
Kürdmaşı kənd tam orta məktəbində İKT-dən istifadə etməklə açıq dərslərin keçirilməsi artıq bir ənənə halını alib. Müəllimlərimiz bu işdə xüsusi fəallıq göstərir.
Günün tələblərinə uyğun dərs qurmağa çalışırıq2017-ci ilin aprel ayında məktəbimizdə möhtəşəm konfrans keçirildi. Müəllimlərimizin dərsləri canlı olaraq başqa məktəblərdə və eləcə də qonşu olkələrdə yayımlandı. İlin yeni başlanmasına baxmayaraq, bu il də bu ənənəni davam etdiririk. Artıq bir neçə müəllim ilin ilk günlərində belə dərslər təşkil edib. Yanvar ayının 18-də novbəti açıq dərsi 8-ci sinifdə mən təşkil etdim.
Mövzu M.P.Vaqifin “Hayıf ki yoxdur”qoşmasının təhlili idi. İKT-nin imkanlarından istifadə etməklə Azərbaycan kəndinin dünəni və bu gunü, Kür qırağının müasir və XVIII əsrdəki ictimai-siyasi vəziyyəti haqqında şagirdlər ətraflı müzakirələr aparıb, kifayət qədər məlumatlar topladılar. Məncə, belə dərslərin əhəmiyyəti cox böyükdür. Г‡ünki bu dərslər zamanı ən zəif şagird belə tədqiqatlarda iştirak edərək müəyyən qədər fəallıq göstərir. Buna görə də kurikulumun əhəmiyyəti danılmazdır. Ənənəvi dərsdən fərqli olaraq bu dərslərdə hər kəsə pay düşür.
Fəaliyyətimizi bununla da məhdudlaşdırmırıq. Biz eyni zamanda beynəlxalq layihələrə qoşulmuşuq. Həm müəllimlərimiz, həm də şagirdlər bu işə çox böyük həvəs göstərirlər.
Sevindirici haldir ki, layihələrdəki işlərimiz də yaxşı qiymətləndirilir. Bu da bizi çox sevindirir. Г‡alışırıq ki, adımız rayonun qabaqcıl məktəbləri və müəllimləri cərgəsində çəkilsin. 2018-ci ilin məktəbimiz üçün keyfiyyətli il olması üçün hamı kimi, mən də öz üzərimə düşən vəzifələri dərk edir və bütün imkanlardan istifadə edərək məktəbimizin ən yaxşı məktəblər cərgəsində ola bilməsi üçün çalışıram. Eyni zamanda, 2018-ci ilin bizim üçün uğurlu olacağına tam əminəm. Niyə də olmasın?
Tünzalə İsmayılova,
Kürdmaşı kəndi

Şərh Yaz