Sənədli filmin nümayişi keçirilib

Sənədli filmin nümayişi keçirilib31 yanvar 2018-ci il tarixində İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzi məkan seçilməklə “EL-1 İdman kulubu” ictimai iirliyinin istehsalı olan “İslam həmrəyliyi” adlı sənədli filmin nümayişi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himininin səslənməsi ilə açıq elan edilib.
Film Azərbaycanda keçirilən İslam Oyunlarına həsr olunub. Film boyu göstərilən fraqmentlərdə, verilən müsahibələrdə Azərbaycanda idmanın inkişafı, eləcə də İslam həmrəyliyinin fundamental əsasları barədə geniş şərhlər verilib. Filmin nümayişindən sonra İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək tədbirin təşkilatçılarını salamlayıb.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, İslam Oyunları Tədbirlər Komitəsinin baş direktoru Elçin Səfərov, Azərbaycan Müəlliflər Birliyinin sədri İsmayıl Məmmədkərimov çıxış ediblər. Filmin çəkilişində iştirakçı olan qonaqlar, sözlərini filmdə dediklərindən izləyicilərə sadəcə, minnətdarlıq ediblər. Onlar İslam Həmrəyliyi Oyunları barədə çəkilmiş filmin İsmayıllıda nümayiş etdirilməsini bu bölgədə islami dəyərlərin kifayət qədər qənaətbəxş səviyyədə olması ilə əlaqələndiriblər.
Gülər Baxışova

Şərh Yaz