Seminar-müşavirə

14 dekabr 2017-ci il tarixdə rayon Uşaq kitabxanasının iclas zalında İƏD üzrə nümayəndəliklərin baş məsləhətçi-baş mühasiblərin iştirakı ilə seminar-müşavirə keçirilib. Seminar-müşavirədə RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iştirak edib.
Seminar-müşavirə
Tədbiri giriş sözü ilə acan R.Səmədov seminar iştirakçılarını salamlayaraq nümayəndəliklərdə mühasibat uçotu sahəsində yol verilən nöqsanlardan, qarşıda duran vəzifələrdən geniş danışaraq İƏD üzrə nümayəndələrin baş məsləhətçi-mühasiblərinə əmək və icra intizamına ciddi əməl etmələrini tapşırıb.
R.Səmədov büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata əməl edilməsini, illik maliyyə və statistik hesabatların düzgün və vaxtında hazırlanması, inventarizasiyanın aparılması və təşəbbüskarlığın artırılmasını seminar iştrakçılarının diqqətinə çatdıraraq qarşıda duran vəzifələr barədə tapşırıqlar verib.
Sonda seminar-müşavirə iştrakçılarını maraqlandıran suallar cavablandırılıb.
E.Manafov

Şərh Yaz