Yaddas kitabcasi

Tədbirin mövzusu peşə seçimi olub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birgə Peşəyönümü sisteminin gücləndirilməsi məqsədilə ümumi təhsil müəssisələrində yuxarı sinif şagirdləri və onların valideyinləri, eyni zamanda psixoloqun iştirakı ilə peşəyönümü məsləhətlərinin verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdur.
Tədbirin mövzusu peşə seçimi olub
Bununla əlaqədar olaraq İsmayıllı Rayon Məşğulluq Mərkəzi rayonun ümum təhsil məktəblərində 2017-2018-ci tədris ilində keçiriləcək peşəyönümü tədbirlərinin qrafikini təsdiq etmişdir.
Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, qrafikə əsasən 24 noyabr 2017-ci il tarixdə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində yuxarı sinif şagirdlərinin və onların valideyinlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilib.
Tədbirdə rayon Məşğulluq Mərkəzinin məsləhətçisi İlham Babayev “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda çıxış edib. Mərkəzin baş məsləhətçisi Namik Bağıyev, aparıcı məsləhətçi, bu sətirlərin müəllifi Qadir Abduləzizov, məktəbin direktoru Elçin Məmmədov, müəllim heyəti, məktəbin psixoloqu və valideyinlər tədbirin iştirakçısı olublar.
Qeyd edək ki, eyni məzmunlu tədbir bir gün əvvəl Aqil Məmmədov adına Diyallı kənd tam orta məktəbində keçirilib. Tədbirdə rayon Məşğulluq Mərkəzinin əməkdaşları, məktəbin direktoru Şəmsiyyə Əhmədova, müəllimlər, məktəbin psixoloqu Yunis Alıyev, eləcə də valideyinlər iştirak edib.
Q.Abduləzizov

Şərh Yaz