Yaddas kitabcasi

Zərnavada 250 nəfər tibbi müayinədən keçirilib

1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər Şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi gənclər və könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi, bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliliyinin artırılmasından ibarətdir.
Zərnavada 250 nəfər tibbi müayinədən keçirilib
Belə ki, 4 dekabr 2017-ci il tarixində Könüllülər Günü ilə əlaqədar İsmayıllı rayonunun Zərnava kəndinin əhalisi üçün təmənnasız tibbi müayinə tədbiri təşkil olunub. Tədbir Qızıl Aypara Cəmiyyətinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, İsmayıllı Rayon Mərkəzi Xəstəxanası, İran İslam Respublikası Qızıl Aypara Cəmiyyətinin Azərbaycanda fəaliyyət göstərən klinikasının əməkdaşlığı ilə kecirilib.
İlk öncə tədbirin təşkilatçıları tərəfindən gün haqqında kənd sakinlərinə məlumat verilib, sonra isə 10 nəfərdən ibarət həkim heyəti ilə əhalinin tibbi müayinəsinə başlanılıb. Nəticədə 250 nəfər tibbi müayinədən keçirilib.
Təşkilatçılar əməkdaşlığa görə Zərnava bələdiyyəsinə, Zərnava kənd tam orta məktəbinin pedaqoji kollektivinə, həkimlərə və tədbirdə əməyi keçən bütün şəxslərə təşəkkürlərini bildiriblər.
Təmənnasız, humanitar aksiyaya görə sakinlər ölkə rəhbərinə minnətdarlıq, təşkilatlara və icraçılara təşəkkür ediblər.
Mehman Zeynalov

Şərh Yaz