Dilimizə daxil olmuş yeni sözlər və terminlər

Azərbaycan dili Oğuz dil ailəsinin türk dilləri qrupunun cənub-qərb qrupunu təşkil edir. Dil özü ictimai hadisədir.
Yəni cəmiyyətdə baş verən inkişafı, hadisələri, dəyişiklikləri dil vasitəsilə çatdırırıq. Son zamanlar dilimizə çoxlu sayda əcnəbi sözlər daxil olmuşdur. Cəmiyyətin, elmin, texnikanın inkişafı ilə əlaqədar olaraq yaranan və dilimizə daxil olmuş bu sözlər neologizmlər adlanır.
Dilimizə daxil olmuş yeni sözlər və terminlər
Neologizm yunan sözü olub “neo” –“ yeni, “loqos” –“ söz deməkdir. Əvvəllər dilimizdə rus sözləri üstünlük təşkil edirdi. Son onillikdə isə leksikonumuzda ingilis sözləri daha çox işlədilir. Bunun birinci səbəbi ingilis dilinin beynəlxalq bir dil olmasıdır. İngilis dilindən gəlmə sözlərə təkcə bizim dilimizdə deyil, başqa dünya dillərində də rast gəlmək olur.
İkinci bir səbəb isə dövlətimizin, cəmiyyətimizin dünyaya inteqrasiyasıdır. Dövlətin xarici ölkələrlə ticarət əlaqələrinin genişlənməsi də bu terminlərin inkişafına səbəb olur. Müxtəlif texniki avadanlıqların, sənaye məhsullarının böyük əksəriyyəti xarici ölkələrdən idxal edildiyinə görə bu sahədən daha çox yeni sözlər daxil olmuşdur. Texnikanın inkişafı ilə əlaqədar olaraq yaranan yeni sözlərdən aşağıdakıları göstərmək olar: ayfon, sensor, plazma, aypəd, selfi, messenger, datakart, vatçap, helikopter, debrus, devalivasiya, CV, realiti-şou, layk və s.
Qida ilə bağlı daxil olan kifayət qədər söz vardır: çipsi, hot-dog, qril, çizburger, fastfud, sendviç, ketçup.
Gündəlik məişətimizdə gənclərin daha çox istifadə etdiyi sözlərdən OK, bye, nonsens, raksək, like və s. kimi sözləri göstərmək olar.
Ancaq elə sözlər vardır ki, zaman keçdikcə o sözlərin azərbaycan dilində qarşılığı yaranıb. Məsələn, kompyuter sözünün qarşılığı olaraq bilgisayar, sfetafor sözünün qarşılığı olaraq işıqfor sözləri yaranıb. Son günlər isə Terminologiya və Dilçilik İnstitutu tərəfindən bir neçə sözün qarşılığı ictimaiyyətə təqdim olunmuşdur. Bu sözlər aşağıdakılardır:
Embarqo – qadağa, like- bəyənmə, evakuasiya- köçürmə, mesaj – ismarıc, maus – bələdçi, consensus -yekdillik, proqnoz – öncəgörmə, adapter – yükləyici.
Bütün bu alınma sözlər KİV-də istifadə olunsa da, mütəxəssislər tərəfindən qəbul edilsə də, ancaq dilimizin nə izahlı, nə də orfoqrafiya lüğətlərinə daxil olmayıb.
Zarema Əliyeva

Şərh Yaz