Yaddas kitabcasi

Həmrəylik nümayiş etdirilib, Yeni il qarşılanıb

Respublikanın hər yerində olduğu kimi İsmayıllı Rayon Günərzi Qayğı Mərkəzində də 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən söz açıblar.
Həmrəylik nümayiş etdirilib, Yeni il qarşılanıb
Həmrəylik nümayiş etdirilib, Yeni il qarşılanıb
Qeyd edilib ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Bugün ölkəmiz prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən təhsil və elm sahəsində inkişaf edir, uğurlara imza atır. Azərbaycanın qazandığı müvəffəqiyyətlər, qüdrətli bir dövlətə çevrilməsi isə hər birimizi sevindirir.
Odur ki, hamımız həmrəy olmalı, dövlətimiz və dövlətçiliyimizin inkişafı naminə daha əzmlə çalışmalıyıq. Bu tarixi günün qeyd edilməsini bütün dünya azərbaycanlıları artıq zərurətə və mənəvi ehtiyaca çevrildiyini duyurlar. Uşaqların və yeniyetmələrin iştirakı ilə belə tədbirlərin təşkilinin böyük əhəmiyyətkəsb edir.
Tədbirdə İsmayıllı Günərzi Qayğı Mərkəzinə cəlb edilmiş uşaqlar tərəfindən hazırlanmış bir-birindən maraqlı rəqs nümunələri, səhnəciklər, səslənən şeirlər və bədii-musiqili proqram xoş-əhval ruhiyyə yaratmaqla, böyük marağa səbəb olub. Musiqili-əyləncəli tədbir “Yaşa mənim xalqım” mahnısı ilə başa çatıb.
E.Qasımova

Şərh Yaz