Dağ çiçəkləri

Yadımdan çıxıb

Məni adımla çağır,
Adım yadımdan çıxıb.
Bu dünyada mən adda
Adam yadımdan çıxıb…
Dağ çiçəkləri
Dərman mənəm, həkim mən,
Dərd birdirmi çəkim mən?
Başıma daş töküm mən…
Atam yadımdan çıxıb–¦

Gah kal oldum, gah dəymiş,
Bilmədim sonu nəymiş.
Könlümə Tanrı dəymiş,
Xətam yadımdan çıxıb–¦

Bir qurulu dam idim,
Bir yaxşı adam idim.
Bölünməmiş, tam idim,
O tam yadımdan çıxıb–¦

Dəydikcə daşa başım,
Azalır ağlım, huşum.
Yaddaşıbdı yaddaşım,
Yadım yadımdan çıxıb–¦

Daha ömrün yasıyam,
Köç edən durnasıyam.
Mən özümə asıyam,
Yadam, yadımdan çıxıb–¦

Eh, niyə qəmim olum,
Özümə qənim olum?
Mən kiməm mənim olum,
Xudam yadımdan çıxıb–¦
Nazir Ziya Talıstanlı

Şeytana tərəf

Hara baxırsansa, görürsən ordan,
Şeytan əl eyləyir insana tərəf.
Əsla düşünmədən elə həmin an,
Г‡oxu durub qaçır Şeytana tərəf.

Dünyanı başına etsələr də dar,
Dözür, ah, bəşərin nə kor səbri var.
Salındığı odda qovrulur xalqlar,
Г‡alışmır ki, çıxsın bir yana tərəf.

Tanrını ürəkdən iraq tuturuq,
Haqqı özümüzdən qıraq tuturuq.
Dəccalın yoluna çıraq tuturuq,
Yaman azdır duran insana tərəf.

Dərdə bax, o buna zaval gətirir,
Bu onun önünə payəndaz sərir.
Kəsilən kəsənə halallıq verir,
Əzilən qol açır tirana tərəf.

İblis dustağıdır sanki hürr bəşər,
Öyrəşib, yaşamır başqa cür bəşər.
Г‡ıxıb abadlıqdan yüyürür bəşər,
Cəhənnəm dəhşəti virana tərəf.
Oqtay İsmayıllı

Götürəcəm

Sənə göydən ulduzları,
Dərib yerə gətirəcəm.
Sabahları, axşamları,
Ümid kimi bitirəcəm.

Baxışına qurbandı can,
Mən ki xəstən, yarımcan,
Dönəcəyin o xoş zaman,
Hicranımı bitirəcəm.

Xoş sözünə, avazına,
Qışdan sonrakı yazına,
Göylerdəki pərvazına,
Durnaları yetirəcəm.

İlk baharım boran, sazaq,
Yaxındasan, məndən uzaq,
Bu qisməti necə yozaq?
YozduДќumu itirəcəm.

Yoxdu qarşında günahım,
Bu sevdanı necə danım?
Sən ulduzlu kəhkəşanım
Əl uzadıb götürəcəm.
Murad Məhərrəmov

Bilmirəm

Sən bahar eşqimin qışa dönəni,
Səmaya dönəni, quşa dönəni,
Yandırıb kül etdin cuşa gələni,
Bir an bənizini süzə bilmirəm.

Bəlkə sevincimsən, bəlkə də ahım,
Bəlkə də dünyamla gələn günahım,
Ümüdüm, pənahım, gələn sabahım,
Nə vaxt dəyəcəksən gözə bilmirəm?

Bilmirəm sən kimsən, nə hayındasan?
Ömrün gethagedi, yaz, yayındasan,
Bəlkə okeanın o tayındasan,
Yaman yorulmuşam üzə bilmirəm.

Durduğum budağın özüsən bəlkə,
İçdiyim bulağın gözüsən bəlkə,
Qəlbimin göynəyi, közüsən bəlkə,
Bəlkə çevrilmisən duza, bilmirəm?

Dayan! Nədir üzündəki o duvaq?
Nə göz görür, nə əl dəyir, nə dodaq,
Əqrəbsənmi, balıqsanmı, ya ovlaq,
Yel olub arxanca gəzə bilmirəm.

Bənövşə sandığım, qocud sandığım,
Min yol ürəyimdən keçid sandığım,
Qəlbimin boxçası, a sirr sandığım,
Nə vaxt çıxacaqsan üzə, bilmirəm?

Altmış il iz qoydum sənin yolunda,
Sənin ətrafında, sağın, solunda,
Barmağım telində, əlim qolunda,
Göstər camalını, dözə bilmirəm.

Sadiq, yorulmadın yar sorağında?
Durmuşam vüsalın lap qırağında,
Sən kəməndimdəsən, mən orağında,
Biç məni, sər yerə, dözə bilmirəm.
Sadiq Babaoğlu

Pozanın sonu

Lovğalanıb gərdişindən,
Əl çəkmədi vərdişindən.
Onu, bunu poza-poza,
Pozan özü döndü toza.

Tülkünün mükafatı

Aslanın hüzurunda
Dilini işə saldı.
Tülkü lələ özünü
Əcəbcə işə saldı.
Dinləyib coşdu aslan:
– Kəs səsini, yaramaz,
Səndən mənə kar aşmaz.
Dünən qurdun toyunda
Deyirdin bu tərifi.
Əmr etdi : – Tez götürün
Rədd edin bu hərifi.
Xalıq Yusifoğlu

Saxlama

Yıxacaqsa bir ah məni,
Elədiyim günah məni.
Bu gün öldür, Allah, məni,
Öldür, sabaha saxlama.

Qulağımda bir qərib səs,
Ruhum quşdur, cismim qəfəs.
Göylərdədir sevdiyim kəs,
Yerdə piyada saxlama.

Bir suala cavabım yox,
Bir ünvana pənahım yox.
Bircə dənə savabım yox,
Təzə günaha saxlama.

Hər gördüyüm dərsdi mənə,
Bu xislətim dostdu mənə.
Nə vermisən bəsdi mənə,
Artıq tamaha saxlama.

Alıb əlimdən abrımı,
Satıb nəfsimə arımı.
Üzə çəkib astarımı
Üzümdən baha saxlama.

Al Günəşdir hər xoş niyyət,
Hər xoş niyyət –“ əbədiyyət.
Nəğmə desin bəşəriyyət,
Sözü silaha saxlama.

Yıxacaqsa bir ah məni,
Elədiyim günah məni.
Bu gün öldür, Allah, məni,
Öldür, sabaha saxlama.
Cəbrayıl Hüseyn

Abidə

Ağsaqqal bir qarapapaq,
Yön aldı haqq dünyasına.
Xiffət çəkdi qara papaq,
Batdı qəmin dəryasına.

Ürəyimi bir dərd didir,
Qara papaqlar boşalır.
Ata papaq qoyub gedir,
Oğullar mərmər daş alır.

Papaq qeyrət, ar naxışı,
Daş özü də bir aləmdi.
O da gözəl, bu da yaxşı,
Hansı daha möhtəşəmdi?

Həzin rahatlıq tapardım,
Kim düşsə məndən qabağa.
Bir abidə ucaldardım,
Boş qalan qara papağa.
Tərlan Saleh

Pərişan qoca

Gördüm bir qocanı, qəmgin, pərişan,
Qaməti əyilib, əlləri əsir.
Özünü ayaqda saxlamaq üçün
Olubdur nə vaxtdır əsaya əsir.

Kövrəlib hönkürdü bu qoca birdən,
Mən də tez qocanın tutdum əlindən.
Sanki içindəki iniltiləri,
Saxlaya bilmədi, qopdu yerindən.

Nə deyim qocanın qəlbinə dəyən
Yoldaşa, qardaşa, nənəyə, axı.
Kimlər yaralayıb qoca qəlbini,
Gözlərinin yaşı sel kimi axır.

… Əlləri, ayağı, dizi əsirdi,
Tez-tez də əsanı bərk-bərk yumurdu.
Sanki yıxılmasın, düşməsin deyə,
Bu cansız ağacdan kömək umurdu.

Əsa dilə gəlib dedi ki, qoca,
Mən sənin əlini buraxmam bir an.
“İt sənlə dost olar bir sümük atsan,
Namərd qədir bilməz olsan da qurban”.
Rüstəm Məbudoğlu

Ana

Nə vaxtdı gözlərim səni axtarır,
Bilmirəm özümü, sözümü, ana!
Sən boynu burulu qoymusan məni,
Dərdin kor eyləyib gözümü, ana!

Xəyalım çaşğındır, ürəyim yorğun,
Üzüm payız kimi: sapsarı, solğun.
Durmuşam yanında pərişan, dalğın,
Sürtürəm daşına üzümü, ana!

Ağzımın ləzzəti əlində imiş,
Dilimin nəğməsi dilində imiş.
Ocağımın közü külündə imiş,
Daha kim çəkəcək nazımı, ana!

Bağlanıb yollarım, dağılıb küçəm,
Daha nə gündüzüm, daha nə gecəm?
Sənsiz bu dünyada mən də bir heçəm,
Gəl apar özünlə özümü, ana!
Gülxar Cəbiqızı

Gülmə qüsuru olana

Gülmə qüsuru olana,
Onu da Allah yaradıb.
Əvvəli də, axırı da,
Sonu da Allah yaradıb.

Nə yaratdı, o ad verib,
Hər nemətə bir dad verib.
Quşa uçar qanad verib,
Dəni də Allah yaradıb.

Quru ağac yaşıllanar,
O istəsə, yaşıl yanar.
Qayaların daşı yanar,
Danı da Allah yaradıb.

Hər aldığın nəfəs onun,
Г‡ıxardığın ün, səs onun.
Hər bir bəndə, hər kəs onun,
Canı da Allah yaradıb.

Gəl qarışma, hər işinə,
Haram qatar yerişinə.
Son qoy iyrənc, şər işinə,
Səni də Allah yaradıb
Xatın

Mən

Harda qaldı istəyənim,
Dərdə düşüb bişirəm mən.
Yox xeyrimə söz deyənim,
Nə böhtanam, nə şərəm mən.

Ayrı düşüb qeyrət, papaq,
Unudulub urva, tabaq.
Dərdə düşsən, səndən qabaq,
Atəşinə düşərəm mən.

Sən vaxta bax, Hacı, vaxta,
İşlər tərsdi, vədlər saxta.
Nə tapmısan düz olmaqda,
Düz bildiyin bəşərəm mən.
Hacməmməd Məmmədov

Yaz gülü

Bu səhər mənimlə danış, yaz gülü,
Dərdlərim ilmətək toxunur, aman.
Mənimlə nə olar danış, yaz gülü,
Yeni sətirlərim dəyişir yaman.
Bu səhər mənimlə danış, yaz gülü,
Sevdalı duyğular bahar donunda.
Mənimlə nə olar barış, yaz gülü
Arzular, çiçəklər açdı sonunda.
Bu səhər mənimlə danış, yaz gülü,
Ötəri günlərin başı dumandı.
Mənimlə nə olar barış, yaz gülü,
Könlümün sultanı, Allah, anamdı.
Bu səhər mənimlə danış, yaz gülü,
Səfərə çıxıram bu son qatarda.
Mənimlə nə olar barış, yaz gülü
Bəlkə də görüşdük gələn baharda.
Alik Dənizsevər

Gedir

Dinləyən yoxsa əgər, hər deyilən söz itəcək,
Olmasa sözdə kəsər, qulaqları dəng edəcək.
Dahilər söz söyləyib, dünya varikən gedəcək,
Axmağın söylədiyi hər sözü hədyandı, gedir.

Dəyişib gərdişi-dövran, tərs baxır əyri düzə,
Qoymayaq vursun ləkə heç bir zaman əyri düzə.
Yaradan bəxş eləyib ruhu – əmanətdi bizə,
Gedəndə rəhmət apar, deyilsin insandı, gedir.

Adımız əhli-müsəlman, dinimiz islamdı, qalır,
Allahın adı ilə bəndələri zəfər çalır.
Ən böyük elm “Quran“, elmlərə işıq salır,
İlk sözü Haqqın adı, lənətə şeytandı, gedir.

Ən böyük hörmətini var itirən bir söz ilə,
Qırx illik ibadətin var bitirən bir söz ilə.
Özünə hər şöhrəti var gətirən bir söz ilə,
Eləsi da var gəlibdi dünyaya heyvandı, gedir.

Mirəli, sözlərini sən də köçür bir kağıza,
Sözlərin bəlkə düşər nə vaxtsa dilə, ağıza.
Ömrünün qışı gəlir, dönəmməzsən bir də yaza,
Yedəyin Haqqın əlində, ömrünsə karvandı, gedir.
Mirəli İsmayıllı

Adamdı da…

Yoxdur qabiliyyəti,
Bircə nailiyyəti,
Г‡atmır mədəniyyəti,
Bu da bir adamdı da…

Yamana yaltaqdı bu,
Yaltağa yamaqdı bu.
Gah sağ, gah çolaqdı bu,
Bu da bir adamdı da…

Heyif, bir ömür sürür,
Özünü göydə görür.
Dinəndə köpək hürür,
Bu da bir adamdı da…

Acgözün yekəsidir,
Nə görsə sökəsidir.
Zəlitək çökəsidir,
Bu da bir adamdı da…

Boy-buxun var, nə boyda,
Baxırsan ki, nə fayda.
Qanmaz üçün nə qayda,
Bu da bir adamdı da…
Nailə Yırğançaylı

Azərbaycan elidir, eli Xəlil Rzanın

Xəlil Rza Ulutürkə ithaf

Gözəlliyi gözəllik, yaraşığı yaraşıq,
Vurub çıxıb üzünə könlü Xəlil Rzanın.
Yanıb onu sevməyən onun od-ocağında,
Başlar var ki, tökülüb külü Xəlil Rzanın.

Dildən pərgar olubdur, sözdən dala qalmayıb,
Qaça, yayına gözdən baş verməyib, olmayıb.
Alnına səpələnib, göz üstünü almayıb,
Yuxarıya daranıb teli Xəlil Rzanın.

Fəqir-füqara ilə bir yerdəydi, cəm idi,
Yaralı sinələrə fəryadı məlhəm idi.
Qranitdən dözümlü, poladdan möhkəm idi
Azadlığa uzanan əli Xəlil Rzanın.

Danışanda danışıb, deyərdi gecə-gündüz,
Döşünə döyməzdi ki, fəxridir oğlu Təbriz.
Olsa da qısa, kəsə yazdığı hər şeir, söz,
Qısa, kəsə olmayıb dili Xəlil Rzanın.

Düz olub tərəzisi, əyilməyibdir çəki,
Güvənibdir xalq ona, hər kəs edibdi ərki.
Ondakı o saf könül, təmiz ürək deyib ki –
Azərbaycan elidir, eli Xəlil Rzanın!
Tamam Nur Tağlabiyanlı

Nəçiyəm

Qəmi qəmə qatıb bal kimi uddum,
Dərdin acısını şirincə daddım.
Ən böyük istəyə, arzuya çatdım,
Yenə də arzulu yolda yolçuyam.

Silib daş yaylıqla könlümün gözün,
Yuyub nəm soyuqla yolların izin,
Elə süpürmüşəm ürəyin özün,
Mən öz həyatıma ölçü, biçiyəm.

Ağladan duyğunun gözünü ovan,
Fitnə-fəsadları qapıdan qovan,
Mənəm, sərt həyatla çox olub davam,
Bilir dostlarım da kiməm, nəçiyəm.

Gözüm yox dünyanın sərvət malında,
Azmaram hay-küylü qeylü-qalında,
Ürəyim gözəllik, sevgi əlində,
Xoş söz, xoş avazlı sadə dilçiyəm.
Mehriban İbrahimova

Tale kimi

İşıq bitirməyən bir boşluqdayam,
yoxdu keçmiş, indi… yoxdu gələcək.
Mən də süzülürəm bu Yer üzündən
o qızın bir damla əlvidasıtək.
Özünü aldatmaq… sonra inanmaq
yalanmı söyləyim? Vecsiz işidi.
Sənin saçlarınla rəqs edən o meh
yorğun əllərimin titrəyişidi.
O saxta, yalançı göz yaşlarınla
Allah bilir, kimin evin yıxırsan?
Nə olar, nə olmaz, qara gün ünçün
xöşbəxtlik, naz, tumar, ümid yığırsan.
Qayğı gözləyirsən, bir xoş gül üçün
Yalan istəmirsən… daha bezmisən.
Yadından çıxarmaq istəyirsən ki,
ən böyük yalanı özün demisən.
Г‡ıxmaz, çıxa bilməz…
hara çıxır axı, sən hələ sağsan…
hələ yaşayırsan, ölməmisən sən.
Dəli kimi baxıb bomboş tavana
ağlaya-ağlaya gülməmisən sən.
Hər adın gələndə… hər toxunuşda
ölüm qorxusuyla diksinməmisən.
Gecələr girəndə o buz yatağa
ölmədiyin üçün sevinməmisən.
Hələ anlamazsan… təcrübəsizsən
yeməklərin dadlı, çayların isti.
Ən sevdiyin ətri göz yaşı kimi,
yollara sıxmırsan hər axşamüstü.
Nə dolub qalmısan? Yağacaqsan, yağ,
sənə ümid olmaz… bir azca yağ, keç.
Nə donub qalmısan xatirələrdə
taleyin gəlibdi… dur, qapını aç.
Ülvi Bahadır

Şərh Yaz