Ulu öndərə sevgi

Teymur Xəlilov adına Xanagah kənd ümumi orta məktəbində şagirdlərə Azərbaycanın müstəqilliyi, dovlət quruculuğu, bu sahədə xidmətləri olan şəxsiyyətlər barədə bilgilər və sevgi aşılanır.
 Ulu öndərə sevgi
Ulu öndərin anım günü ərəfəsində məktəbin bir neçə müəllimi bir qrup ibtidai sinif şagirdi ilə rayon mərkəzinə gələrək, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Şagirdlər Ulu öndərin adını daşıyan Mərkəzdə olub, burada sərgilənən eksponatlara baxıblar. Onlara dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Ülviyyə Cəbiyeva

Şərh Yaz