Zona yarışında birinci olduq

19 oktyabr 2017-ci il tarixdə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona birinciliyi keçirilib. İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbiri açıb. Qeyd edib ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, vətənpərvərlik hisslərinin aşılanmasına və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm əhəmiyyət kəsb edir.
Zona yarışında birinci olduq
Zona yarışında birinci olduq
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rəşad Rəsulov, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov çıxış edərək keçirilən yarışın məqsədi haqqında danışıb və komandalara uğurlar diləyiblər. Poliatlon çoxnövçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, 2000 metr kross, qumbara atmaq və turnikdə dartınma növləri üzrə keçirilib. Yarışda Ağsu, Ağdaş, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı və İsmayıllı komandaları iştirak etmişlər. Yarışın yekununa əsasən İsmayıllı komandası I, Qax komandası II, Oğuz komandası isə III yeri tutub.
Sonda yer tutan komandalara Gənclər və İdman Nazirliyinin diplomları verilib. Məlumat üçün qeyd edək ki, I, II, III yerin qalibləri Xaçmaz şəhərində keçirilən final mərhələsinə vəsiqə qazanıblar.
X.Məmmədov

Şərh Yaz