Təhsil və var-dövlət haqqında bir suala on cavab

Sual: Təhsil üstündür, yoxsa var-dövlət?

Cavablar:
1. Var-dövlət müvəqqətidir, təhsil, elm isə daim səninlədir.
Təhsil və var-dövlət haqqında bir suala on cavab
2. Var-dövləti daim özünlə apara bilməzsən. Təhsil, elm səninlə olduğu üçün sənə başucalığı gətirər.
3. Var-dövlətli insan müflisləşsə qazandığı hörməti tez itirər. Təhsilli, elmli insanın hörməti daimidir.
4. Əbədi dünyaya köçənlər var-dövlət apara bilməzlər. Elm, təhsil isə daim onlarladır.
5. Var-dövlətli insanların ailələrində çox vaxt qalmaqal olur. Oğul ataya, qardaş qardaşa qənim kəsilir. Elmli, təhsilli ailələrdə isə səmimiyyət, mehribançılıq daimidir.
6. Var-dövlətli insanlar tez büdrəyir. Elmli, təhsilli insanlar isə daim zirvədə qalır.
7. Var-dövlətli insanların dostları etibarsız, elmli, təhsilli insanların dostları etibarlı olur.
8. Var-dövlətli insanların övladlarında alkoqollu, narkotik maddələrə meyilləşmə daha çox rast gəlinir. Onlar cəmiyyətə faydasız, təhsilli, elmli insanların övladları isə daha çox faydalı olur.
9. Var-dövlətlə qazanılan hörmətin əsasını təmənnalı ünsiyyət təşkil edir. Elm, təhsillə qazanılan hörmət isə xoşniyyətli olur.
10. Elm, təhsil bazasında qazanılmayan hörmətin təməli zəif olur, tez dağılır, müflisləşmə baş verir. Elmə əsaslanan iqtisadiyyat, var-dövlət uzunömürlü olur.
Hazırladı: Yaşar Nuriyev

Şərh Yaz