Qalib layihənin təqdimatı keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibi olmuş Lahıc qəsəbə tam orta məktəbinin fizika-informatika müəllimi, Əməkdar müəllim Əliyev Rövşən Mirzə oğlunun “6-cı sinif fizika dərslərinin video təcrübələrlə dəstəklənməsinin kontent və proqram təminatı” layihəsinin təqdimatı keçirilib.
Qalib layihənin təqdimatı keçirilib
Təqdimatda ətraf məktəblərin müəllimləri də iştirak ediblər. Layihənin rəhbəri təqdimat zamanı layihənin əsas məqsədi, vəzifələri və layihə çərçivəsində görüləcək işlər haqqında ətraflı məlumat verib. Tədbir iştirakçıların təklif və rəyləri dinlənilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz