Uşaq hüquqlarına həsr olunmuş tədbir keçirilib

10 noyabr 2017-ci il tarixdə “Uşaq hüquqları aylığı” çərçivəsində rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçaları ilə “Hüquqlarımızı öyrənək ki, qoruyaq”, “Uşaq hüquqlarının qorunması və müdafiəsi” mövzusunda tədbir keçirilib.
Uşaq hüquqlarına həsr olunmuş tədbir keçirilib
Tədbirdə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova, “Hüquq Dünyası” Hüquqi təbliğat ictimai birliyinin sədri Rafiq Alışov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və körpələr evi-uşaq bağçalarının işçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri P.Abbasova açıb. O, uşaq hüquqları və onların qorunmasından, ölkə rəhbərinin uşaqlara olan diqqət və qayğısından danışıb. İctimai birliyin rəhbəri R.Alışov isə uşaqların müdaifəsi ilə bağlı ölkədə aparılan islahatlardan, maarifləndirici tədbirlərin mahiyyətindən söz açıb. Tədbir körpələr evi-uşaq bağçalarının hazırladıqları kompozisiyalarla davam edib.
Lalə Kəbirova
Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı

Şərh Yaz