İsmayıllıdan xoş təəssüratlarla ayrılıblar

Yaponiyadan gələn nümayəndə heyəti səfər proqramına uyğun olaraq İsmayıllı şəhəri, Lahıc və Basqal qəsəbələri, İvanovka kəndi ilə tanış olub, bir neçə ailəyə qonaq gediblər. 24 avqust 2017-ci il tarixdə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Ailələrdə mehribanlıqla qarşılanan İto şəhərinin nümayəndələri milli mətbəximiz, adət-ənənələrimizlə yaxından tanış olublar.
İsmayıllıdan xoş təəssüratlarla ayrılıblar             İsmayıllıdan xoş təəssüratlarla ayrılıblar             Səfər çərçivəsində qonaqlar Qəbələ, Şəki və Şamaxı rayonlarında da olublar.
Yolasalma mərasimində yaponiyalı müəllim İnaba Naoka qonaqpərvərliyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, 1 nömrəli tam orta məktəbinin rəhbərliyinə və bütün ismayıllılılara minnətdarlığını bildirib. O, İsmayıllıdan xoş təəssüratlarla ayrıldıqlarını vurğulayıb.
Qonaqları rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, 1 nömrəli tam orta məktəbinin şagird və müəllim kollektivi, İsmayıllıdan Yaponiyaya gedən və yapon dilini öyrənən şagirdlər yola salıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz