Vergilərin ödənilməsi abad kənd deməkdir

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iyul ayının 27-də növbəti görüş-qəbulunu Şəbiyan kəndində keçirib. RİH başçısı Mirdaməd Sadıqov kənd sakinlərinin işəqadir tərkibinin faydalı əməyə cəlb edilməsindən, yerli vergilərin ödənilməsi, gənclərin savadlı yetişdirilməsinin vacibliyindən danışıb. Başçı bildirib ki, bələdiyyə vergiləri vaxtında ödənilən ərazilərdə problemlər yox səviyyəsindədir. Kəndlərin abadlığı üçün yerli vergilərin vaxtında ödənilməsi vacib şərtlərdəndir.Vergilərin ödənilməsi abad kənd deməkdir
Kənd sakinləri rayonda son illərdə görülən işlərdən razılıq edib, İsmayıllıya göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Qonşu kənddə olduğu kimi burada da müraciətlərin əksəriyyəti yoldan, sudan və elektrik dirəklərinin nasazlığından ibarət olub. RİH başçısı işəqadir sakinlərə faydalı əməklə məşğulluqdan, onun səmərəsindən bəhs edib.
Görüşdə səsləndirilən problemlər qeydə alınıb, İcra Hakimiyyətinin başçısı tərəfindən kənd sakinlərinin qayğı və problemlərinin həlli ilə əlaqədar göstərişlər verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz