Ana dili günü qeyd olunub

1 avqust ölkəmizdə milli atributlarından olan Ana Dili Günü kimi qeyd olunur. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Ümummilli lider Heydər Əliyev qeyd edirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir! Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.Ana dili günü qeyd olunub              İsmayıllıda da 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub. Tədbir İsmayıllı rayon Uşaq kitabxanasında keçirilib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnarə Mirzəliyeva iştirakçıları salamlayıb. Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixi, bu günə kimi keçdiyi şərəfli inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verib.
Г‡ıxış edənlər Azərbaycan dilinin sadəliyindən, aydınlığından söz açıblar. Sonra isə tədbir iştirakçıları “Azərbaycan əlifbası və Azərbaycan Dili Günü” mövzusunda uşaq bağçalarının hazırladıqları əyləncəli proqrama tamaşa ediblər. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Ziya Əlizadə

Şərh Yaz