İctimai səyləri artırmaq vacibdir

25 iyul 2017-ci il tarixdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ümidli Gələcək” gənclər ictimai birliyinin “Məişət zorakılığına qarşı mübarizə işlərinin aparılması və zorakılığa məruz qalan insanlara sosial-psixoloji və hüquqi xidmətlərin göstərilməsi” adlı lahiyəsi həyata keçirilib. İctimai səyləri artırmaq vacibdir
Layihədə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri Bəhruz Xələfov, Gülər Baxışova, “Ümidli Gələcək” gənclər ictimai birliyinin icraçı direktoru Kəmalə Aşumova və ekspert Asəf Kərimov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və maariflənməyə ehtiyacı olan ailələr iştirak edib.
“Ümidli Gələcək” gənclər ictimai birliyinin icraçı direktoru Kəmalə Aşumova çıxış edərək, ailələrin məişət zorakılığına məruz qalmaması üçün ictimai səylərin artırılmasının vacibliyindən danışıb, məişət zorakılığının yaranma səbəbləri və onların həlli yolları barədə məlumat verib. Tədbir iştirakçılar ilə təlimçilər arasında işgüzar dialoq şəklində davam etdirilib.
Lalə Kəbirova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı

Şərh Yaz