Karate üzrə rayon birinciliyi keçirilib

26 iyul 2017-ci il tarixdə İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin idman zalında Gənclər və İdman Nazirliyinin yaradılmasının 23-cü ildönümü münasibəti ilə karte idman növü üzrə rayon birinciliyi keçirilib.Karate üzrə rayon birinciliyi keçirilib                          Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açaraq iştirakçıları salamlayıb, ümummilli lider Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında idmançılara geniş məlumat verib və onlara uğurlar arzulayıb.
Məşqçi-müəllim Bayram Qəhrəmanov da öz növbəsində iştirakçıları təbrik edib. İsmayıllı idmançılarının gündən-günə artan uğurlarının başlıca olaraq ölkə rəhbərliyinin düzgün siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Gərgin mübarizə şəraitində keçən yarışda müxtəlif çəki dərəcəsində qalib gələn idmançılar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.
Xəyyam Məmmədov

Şərh Yaz