Bayram günündə bilik sınağı

7 avqust 2017-ci il tarixdə İsmayıllı Rayon Gənclər Mərkəzində 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Xəmsə” milli intelektual oyunu üzrə rayon birinciliyi keçirilib. Bayram günündə bilik sınağı
Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açıb. İştirakçıları salamladıqdan sonra günün yaranma tarixi haqında geniş məlumat verib. Bildirib ki,Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Bir sıra sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin Ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib.
“Xəmsə” biliciləri arasında, fərdi mübarizə şəraitində keçirilən oyunda Seymur Həmzəyev birinci, Cavidan Hacıyev ikinci, Murad Ağazadə üçüncü yerə layiq görülüblər. Sonda qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.
Kamilə Bağırova

Şərh Yaz