Ay gənclik dostum

43 il əvvəl ayrıldığım dostuma – Talıstanlı Nizami Hüseynova

Axtardım, aradım, tapdım mən səni,
Şirin gəncliyimə qaytardın məni.
Bu dünya gözümdə ondakı, yeni,
Ay mənim qardaşım, ay gənclik dostum.

Gənclik uzaqlaşır, gəlir xəyallar,
Azalır cəsarət, artır suallar.
Bizi içimizdən ayırdı yollar,
Ay mənim qardaşım, ay gənclik dostum.

Tez gəldi, tez getdi o gözəl çağlar,
Boş qaldı bağçalar, boş qaldı bağlar.
Bir dost ayrılığı sinəmi dağlar,
Ay mənim qardaşım, ay gənclik dostum.

Əliyəm, dostluqda var etibarım,
Gözəl İsmayıllı, bir dost diyarım.
Gəlib gördüm səni, yox intizarım,
Ay mənim qardaşım, ay gənclik dostum.
Əli Nəzərli,
Bakı şəhəri

Şərh Yaz