Minnətdaram

Hörmətli redaksiya, mən –“ İsgəndərova Şərqiyyə Məhəmməd qızı İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayıram. Şəhid anasıyam. Oğlum respublikamızın ərazi bütövlüyünün qorunması uğrunda Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Yaşlı qadınam. Həyat yoldaşım da bir neçə il əvvəl dünyasını dəyişib. Şükürlər olsun ki, itirdiklərimin müqabilində qazandığım dövlət qayğısı, el hörmətidir.
Minnətdaram Bu minnətdarlıq məktubu ilə mənə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə,
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqova dərin hörmət və ehtiramımı çatdırıram.
İsmayıllı RİH başçısının Kürdmaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Г‡ingiz Əliyevə, Kürdmaşı bələdiyyəsinin sədri Tünzalə İsmayılovaya da mənə göstərdikləri gündəlik qayğıya görə təşəkkür edirəm. Nə yaxşı ki, yaxşı insanlar var.
Yaşımın bu çağında insanlardan, vəzifə sahiblərindən gördüyüm xeyirxahlıqlar demək olar ki, mənə bütün dərdlərimi unutdurur. Bütün insanların qayğıkeş və xeyirxah olmasını arzu edirəm. Axı ulu Yaradan bizi biri-birinə dayaq olmaqdan ötrü yaradıbdır.
Qoy böyük Yaradanın əli hər zaman ehtiyacı olanlara əl tutanların üstündə olsun!
Dərin hörmətlə:
Şərqiyyə İsgəndərova,
Kürdmaşı kəndi

Şərh Yaz