Təhsil işçiləri cənub bölgəsində

Təhsil işçiləri cənub bölgəsində    Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi yay məzuniyyəti dövründə işçilərin asudə vaxtının səmərəli keçirməsi məqsədilə ekskursiya və turist gəzintilərinin təşkilinə diqqəti artırmışdır. May-iyun aylarında bir neçə ilk təşkilat həmkarlar ittifaqı vəsaiti hesabına respublikamızın tarixi yerlərinə, səfalı guşələrinə ekskursiyaları təşkil olunmuşdur.
Şəhər 1 nömrəli tam orta məktəb Zaqatala-Balakən zonasına, Talıstan, Cülyan, şəhər 6 nömrəli, İsmayıllı Peşə Tədris Mərkəzi kollektivlərinin Göygölə, Gəncə, Şəki, Qəbələ şəhərlərinə maraqlı turist gəzintiləri xoş xatirələrlə ittifaq üzvlərinin yadaşlarına köçürülmüşdür.
Məzuniyyət günlərində mənalı istirahətlərindən biri də təhsil işçilərinin cənub bölgəsinə, respublikanın subtrk zonası olan Lənkəran və Astara şəhərlərinə ekskursiyası olmuşdur. Rayon Təhsil Şöbəsinin aparat işçopiiləri, məktəb direktorları, qabaqcıl innovativ müəllimlərdən ibarət 40 nəfərlik qrup qədim Lənkəran şəhərinin tarixi tikililərini, Tarix-Diyarşünaslıq Muzeyini, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun və Lənkəran xanı Mirhəsənxanın ev muzeyini, demokratik respublikanın banisi Məhəmməd Əmin Rəsulzadə və keçmiş sovetlər ölkəsinin rəhbəri İ.Stalinin həbsdə yatdığı həbsxana qalasını və digər tarixi yerləri ekskursiya etdilər, biliklərini zənginləşdirdilər. Təhsil işçiləri Astara şəhərinin məşhur dənizkənarı bulvarının gəzib Xəzər dənizinin gözəlliyini bir daha seyr etdilər. Onlar öz ecazkar gözəlliyi ilə seçilən Xanbulançay dəryaçası ətrafında və onun yaxınlığında olan Xanbulan istirahət məkanında asudə vaxtlarını səmərəli keçirtdilər.
Qrupun tərkibinə qatılan Şirvan aşıq məktəbinin yetirməsi, ölkəmizi Fransa və Türkiyə ölkələrində təmsil edən sənətkar Zahid Ərəboğlu qədim aşıq mahnılarını və muğamları gözəl ifaları ilə təhsil işçilərinə mənalı istirahət bəxş etdi. Bundan əlavə qrup iştirakçıları arasında poeziya, mahnı, rəqs müsabiqələri təşkil edilməklə turun daha maraqlı keçirilməsi təmin olundu. Təhsil işçilərinin yay məzuniyyəti dövründə Nabranda fəailiyyət göstərən “Təhsil” istirahət mərkəzində və xəstəlikləri ilə əlaqədar müxtəlif sanatoriyalarda istirahət və müalicələrinin təşkili planlaşdırılmışdır. Təhsil işçilərinin yay istirahəti davam edir.
Hafiz Kərimov,
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı RK-nin sədri.

Şərh Yaz