İsmayıllı inkişaf yolundadır

İsmayıllı inkişaf yolundadır     Əvvəla onu deyim ki, güclü dövlət onun bütün demokratik institutlarının güclü olması deməkdir. Vətəndaş cəmiyyəti güclü olan dövlətin sütunlarının da güclü olduğu kimi, medianın da azad, müstəqil və rəqabətə davamlılığını eyni məntiqlə xarakterizə etmək olar. Bu gün milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi həmin sütunların daha da möhkəm olması üçün atılan məqsədyönlü addımlardandır. Bildiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinə (KİV) dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Dövlət başçısı İlham Əliyev dəfələrlə sübut edib ki, dövlətimiz demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-in iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və qarşıda duran vəzifələri tam məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirir.
İkinci məqam, cənab Prezidentin hələ bir neçə il əvvəl söylədiyi “jurnalistlərin dostu olmaq mənim üçün şərəfdir” fikridir ki, illərdir bu sözə sadiqliyini sübut edir. Son illərdəki müşahidələrimiz onu göstərir ki, möhtərəm Prezident nəinki qətiyyətli dövlət başçısıdır, eyni zamanda, humanistdir, milli mənəvi dəyərlərə, ziyalılığa, həqiqi və ədalətli sözə sayğı ilə yanaşır. XXI əsrin siyasi mərkəzlərinin diqqətində olan Azərbaycan Prezidenti dövlətmizin inkişafı və onun idarə edilməsi üçün medianın fəaliyyətini dəstəklədiyini davamlı olaraq nümayiş etdirir. İndi böyük qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır. Bu günün əsas tələbi budur ki, hansı ölkə informasiya bolluğuna malikdirsə, daha güclü, varlı dövlət kimi qəbul olunur və dəyərləndirilir.
Nəhayət, üçüncü məqam, mətbuata qayğının predmetləridir. Son on ildə dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına xidmət edən addımlarına nəzər salmaq yetərlidir ki, mətbuatın daha da gücləndirilməsi, inkişaf etdirilməsi, peşəkar fəaliyyət göstərməsi üçün görülən böyük miqyaslı işlərin şahidi olaq. Bu sırada Əməkdar jurnalist adının bərpa olunması, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar, mətbuatın 130, 135 və nəhayət, 140 illik yubileylərinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi, media mənsublarına analoqu olmayan bir hədiyyənin –“ mənzillərin verilməsi də atılan addımlar sırasındadır.
Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı rayonunda da mətbuata böyük maraq göstərilir. BütövlüРєdə rР°yРѕnda ötən 80 ilə yахın dövr ərzində müС…təlif Р°dlР°r altında qəzetlər nəşr РѕlunsР° dР°, onlar həmişə nəcib idРµyР° və məqsədlərə С…idmət Рµdib. Bu mənada “İsmayıllı xəbərləri” qəzetinin əvəzsiz rolu var. Tanınmış şair Şahməmməd Soltanovun (Dağlaroğlu) redaktorluğu, qəzetin redaksiya heyətindəki qələm sahiblərinin səyi ilə çıxan “İsmayıllı xəbərləri” rayonun sРѕsiР°l-iqtisР°di inРєişР°fındР°, əhР°limizin mааriflənməsində, gənc nəslin vətənpərvərliРє tərbiyəsində, yüРєsəРє əС…lР°qi-mənəvi РєРµyfiyyətlərə yiyələnməsində, həyР°tımızın rəvР°n ахаrınР°, yüРєsəlişinə mР°nРµ РѕlР°n əngəllərin Р°rР°dР°n qР°ldırılmР°sındР° müstəsnР° С…idmətlər göstərib.
YРµni şərР°itdə qəzРµt səhifələrində rayonun sosial-iqtisadi sahədəki sıçrayışlı inkişafı, rayon İcra Hakiyyətinin başçısı Mirdaməd Sadıqovun doğulub boya-başa çatdığı elinə, obasına məhəbbəti və istəyinin bariz nəticəsi olaraq ismayıllılıların rifahı naminə atdığı addımları, camaatımızın həyР°tındР°n, güzəranından, eləcə də dРѕğmР° tРѕrpР°q uğrundР° cР°nlР°rındР°n РєРµçmiş igid РѕğullР°rımızın döyüş yРѕlundР°n, məРєtəblərimizdə təlim-tərbiyə sР°həsində görülən işləri, С…üsusilə, ümummilli lidРµr HРµydər ƏliyРµvin dühР°sı, РђzərbР°ycР°n RРµspubliРєР°sı PrРµzidРµnti cənab İlhР°m ƏliyРµvin müdriРє, qətiyyətli siyР°səti ilə müstəqil dövlətimizin nР°il Рѕlduğu iqtisР°di-sРѕsiР°l uğurlР°rı görməmək korafəhmlik olardı. Bu məslələrlə bağlı qəzetin səhifələrində müС…təlif jР°nrlı dРѕlğun yР°zılР°r dərc Рµdilib.
Rayon İcra Hakimiyyətinin başçısı, dəyərli eloğlumuz, gözəl vətəndaş M.Sadıqov rayona gəldiyi gündən İsmayıllı üçün xeyirxah, nəcib addımlar atıb. Bir jurnalist olaraq mən daim bu misssiyanı izləmişəm. Mirdaməd müəllim hər zaman xalqın, onun ziyalı təbəqəsinin arasında olur, qayğıları ilə maraqlanır. Jurnalistlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran M.Sadıqov onlara diqqətlə yanaşır. Hər bir tədbirinə Bakıdan şəxsən məni dəvət edir. Bu da Mirdaməd müəllimin jurnalistlərə, sözə, qələmə olan hörmətinin bariz göstəricisidir.
Ümumiyyətlə, rayonun təhsilində, səhiyyəsində, mədəniyyətində, aqrar bölməsində, özəl sektorunda və digər sahələrində əldə olunan yeniliklər qısa zamanda İsmayıllını yeniləşdirən anlardır. Yerli sakinlərlə rayon rəhbərliyi arasında sıx təmasların qurulması, mübahisə doğuran məsələlərin qarşılıqlı münasibətlər əsasında həll olunması hər kəsin fikrinə, düşüncə tərzinə hörmətlə yanaşma, gənclər arasında hərbi vətənpərvərlik əhval-ruhiyyəsinin artırılması istiqamətində əməli addımların atılması onu sübut edir ki, bu gün İsmayıllı rayonu hörmətli Mirdaməd Sadıqovun rəhbərliyi altında yeni-yeni uğurlara qədəm qoyur və bu uğurlar gələcəkdə də davam etdiriləcək.
Fikrimcə 140 illik yubileyini təmtəraqla qeyd edən Azərbaycan jurnalistikası bundan sonra da öz üzərinə düşən məsuliyyəti və şərəfli vəzifənin ağırlığını anlayır. Bu yazını cənab Prezidentin fikirləri ilə tamamlasam, məncə, yerinə düşər: “Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun güclənməsinə öz töhfəsini əsirgəməməlidir”. Məncə, bu növbəti illər üçün qarşıya qoyulan əsas vəzifədir.
Daşdəmir TAДћIYEV

Şərh Yaz