Yaddas kitabcasi

Minnətdarlıq

MinnətdarlıqSağlamlıq gözəl nemətdir, yaşamaq gözəl arzudur. Amma bəzən sağlamlığa əngəl olan səbəblər, xoşbəxt yaşamağı çətinləşdirən hallar da olur.
Bu yaxınlarda səhhətimin qəfildən pisləşməsi üzündən İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına düşdüm.
Şöbənin təcrübəli, qayğıkeş həkimlərinin göstərdikləri tibbi xidmət, qayğı nəticəsində sanki yenidən dünyaya gəldim. Gözlərim yenidən dünya işığını gördü. Sağlam yaşamağın nə qədər gözəl olduğunu bir daha dərk etdim.
Odur ki, göstərdikləri xidmət və qayğıya görə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının həkimləri cərrah Elşad Salihov, Firiddun Ağayev, Zöhrə Salmanova və Mahizər Mikayılovaya, tibb bacıları Nərgizə və Lətafətə dərin təşəkkürümü bildirirəm.
İsmayıllı Rayon Xəstəxanasının peşəkar cərrahı Elşad həkimə: “Şəfalı əllərin var olsun!”, “Gözlərin nurlu olsun! “, ”Г‡ox sağ ol!” – söyləyirəm.
Bir qədər obrazlı olsa da, fikrimi aşağıdakı minnətdarlıqla tamamlayıram.
Şəfalı əllərin dərdlərə dərman,
Qayğılı baxışın xəstə üçün can.
Duaçın olacam nə qədər varam,
Mənə həyat verdin, çox minnətdaram!
Surə Cəbrayılova,
Talıstan kəndi, ibtidai sinif müəllimi

Şərh Yaz