Peşə bayramı qeyd olunub

Peşə bayramı qeyd olunub     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamı ilə iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi təsis edilib.
Bu münasibətlə İsmayıllı Suvarma Sistemləri İdarəsi və İsmayıllı Su-Kanal İdarəsinin kollektivi ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və abidəsi önünə tər çiçəklər düzüblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov meliorasiya işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar diləyib.
Bayram tədbirində İsmayıllı Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov və Su-Kanal İdarəsinin müdiri Ağasəf Salmanov çıxış edib, rayonda həyata keçirilən meliorativ tədbirlər, əhalinin içməli su ilə təminatındakı nailiyyətlər barədə məlumat veriblər.
Г‡ıxışlarda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli strukturu olan İsmayıllı Suvarma Sistemləri İdarəsi və Su-Kanal İdarəsi öz peşə bayramlarına diqqət çəkən nailiyyətlərlə gəldikləri qeyd olunub. Hər iki idarədə monolit, qarşıya qoyulan vəzifələrin icrası üçün səfərbər olan kollektiv formalaşdığı vurğulanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz