Orta məktəbdə rus dili gecəsi

Orta məktəbdə rus dili gecəsiİ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində “ПутешествиyРµ РІ страну qрамматика” adlı rus dili gecəsi keçirilib.
İsmayıllı rayon Təhsil Şöbəsinin rus dili üzrə metodbirləşmə rəhbəri Xalidə Qəniyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin rus bölməsinin şagirdləri öz bacarıqlarını nümayiş etdirərək rus dilində şeir, mahnı səsləndirib, səhnəciklər nümayış etdiriblər. Yüksək zövqlə təşkil olunmuş və maraqlı alınan tədbirdə Dövlət qulluğu veteranı Valeh Salehov, İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülər Baxışova, İsmayıllı Rayon Təhsil Şöbəsindən baş məsləhətçi, Əməkdar müəllim Şəfaqət Rəsulov, Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin direktoru Mixail Uryupin, məktəb rəhbərliyi, rus dili müəllimləri və rus bölməsinin şagirdləri iştirak ediblər.
Keçirilən tədbir şagirdlərin savad və bacarıq səviyyəsini hərtərəfli aşkarlamaq üçün imkan və şərait yaradıb.
Surə Mehdiyeva

Şərh Yaz