300 illik yubiley tədbirı keçirilib

300 illik yubiley tədbirı keçirilib     İyun ayının 7-də Təzəkənd kənd tam orta məktəbində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mənsurə Ələkbərovanın təşkilatçılığı ilə Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird heyəti ilə bərabər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Rayon Təhsil Şöbəsinin metodistləri Nəriman Qəniyev, Rəna Mirzəliyeva və ətraf kənd məktəblərin Azərbaycan dili və ədəbiyyatı müəlimləri də iştirak ediblər.
Yüksək səviyyədə hazırlanmış yubiley tədirinin sonunda tədbiri hazırlayanlara təşəkkür elan olunub. Kollektivi Rayon Təhsil Şöbəsi adından təbrik edən H.Kərimov Mənsurə Ələkbərovaya Fəxri fərman təqdim edib.
Nərmin Əsgərzadə,
məktəbin IX sinif şagirdi

Şərh Yaz