Güclü iqtisadiyyat, mübariz ordu

Sosial-iqtisadi yüksəliş sürətinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, beynəlxalq birliyin nüfuzlu üzvü olan Azərbaycan Respublikası Heydər Əliyev dühasının şah əsəridir. Məhz buna görə də Heydər Əliyevin adi dünyanın müasir siyasi salnaməsinə tarix yaradan nadir şəxsiyyətlərdən biri kimi yazılmışdır. Güclü iqtisadiyyat, mübariz ordu
Güclü iqtisadiyyat, mübariz ordu    Azərbaycan təhlükəli sınaqlarla qarşılaşanda ümummilli lider Heydər Əliyev Respublikanın sosial-iqtisadı perspektivlərinin, prioritet istiqamətlərini dünyanın ümumi inkişaf tendensiyaları kontekstində zəngin dəqiqliyi ilə müəyyənləşdirilmiş, ləngimələri vaxtında hiss etmiş, gərgin səylər bahasına ölkənin qlobal müstəvidə qalmasına nail olmuşdur.
Dünyanın siyasi xəritəsində ötən əsr 90-cı illərində yazılan Azərbaycan Respublikasının müstəqil inkişaf yolu ağır sınaqlardan keçdi. Ölkənin xarici təzyiq, hərbi təcavüz, daxili çəkişmələr məngənəsində sıxıldığı, ərazisinin 20 faizinin itirdiyi, bir milyon vətəndaşının didərgin düşdüyü o çətin məqamda xalqın istəyi və təkidi ilə dövlətimizin sükanı arxasına keçən Ulu öndər tez bir zamanda siyasi xaosa son qoydu. Ölkənin uzunmüddətli inkişaf strategiyasını işləyib hazırlayaraq iflic vəziyyətində olan iqtisadiyyatı dirçəltmək, sosial problemləri həll etmək üçün gərgin fəaliyyətə başladı.
Qarşıda duran əsas problem, əlbəttə ki, ölkə daxilində ictimai-siyasi sabitliyin bərqərar edilməsi idi. Bu sahədə görülən radikal tədbirlər (cəbhədə atəşkəsə nail olunması, qanunsuz silahlı hərbi birləşmələrin ləğv edilməsi, diplomatik fəaliyyətin intensivləşməsi və s.) tezliklə nəticəsini verdi və bazar münasibətlərinə əsaslanan siyasi-iqtisadi sistemin inkişaf etdirilməsi naminə genişmiqyaslı sosial-iqtisadi proqramların həyata keçirilməsi üçün münbit zəmin yaradır. İctimai həyatımızın bütün sahələrində siyasi, sosial-iqtisadi, hüquqi və digər sahələrdə aparılan islahatlar bu proqramların əsasını təşkil edir.
Hər bir ölkədə ordunun gücünü göstərən əsas amil onun döyüş qabiliyyətidir. Əlbəttə, döyüş qabiliyyətini çatdırmaq üçün həm arsenal güclü olmalı, həm də hərbiçilərin nəzəri bilikləri praktikada daha çox tətbiq olunmalıdır. Bu zəncirvarı bağlılıqda hansısa həlqənin zəifliyi qarşıda duran hədəflərin dəf olunmasına çətinləşdirir.
Azərbaycanın Silahlı Qüvvələrinin hərbi potensialına, istifadəsində olan müasir silah-sursatlar görə dünyanın güclü orduları sırasında yer alması məlumdur. Dünyanın nüfuzlu hərbi nəşrləri dəfələrlə bunu öz hesabatlarında qeyd ediblər. Təbii ki, anların araşdırmaları aysberqin görünən tərəfidir və Azərbaycan da digər dövlətlər kimi, hərbi sirlərini açıqlamaq niyyətində deyil. Bəlli məsələdir ki, Prezident İlham Əliyevin fəaliyyətində hərbi quruculuq məsələləri son dərəcə priaritet təşkil edir.
Dövlət başçısı hələ 12-13 il əvvəl Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması ilə bağlı qarşıya təxirəsalınmaz vəzifələr qoymuşdu. Bu vəzifələrin hamısı qısa müddətdə reallaşıb. Artıq 10 ildən çoxdur ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini üstələyib. Bu dövrdə Rusiya, Türkiyə, İsrail, və Pakistan kimi ölkələrdən arsenalımıza yeni silahlar qəbul olunub. İndiyədək keçirilmiş hərbi paraddan sonra Azərbaycan ictimaiyyəti ordumuzun artan döyüş imkanlarının bir hissəsini görüb.
Bunların nəticəsidir ki, hazırda torpaqlarımızın döyüşmədən azad etməyə qadir, yüksək döyüş ruhuna malik ordumuz formalaşıb. Bu, özünü uğurlu aprel döyüşləri zamanı əyani şəkildə təsdiqlədi.
Ötən il cəbhə xəttində baş verənlər həm də onu göstərir ki, Azərbaycanın yeni silahları zamanı gələndə düşməni məhv etməyə qadirdir. Düzdür, həmin günlərdə Azərbaycan Ordusu arsenalında olan yeni silahların cüzi bir qismindən yararlandı. Lakin dördgünlük müharibənin yekunu olaraq düşmənin 22 il ərzində möhkəmləndirdiyi mövqelərdən, xüsusi strateji yüksəkliklərdən geri oturdurulması, iki min hektar işğal olunmuş ərazinin azad edilməsi göstərir ki, Azərbaycan Ordusu həqiqətən əzici gücə və üstünlüyə malikdir. Aprel hadisələri həm də Azərbaycan əsgərinin döyüş və mənəvi-psixaloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyevin qeyd etdiyin kimi, Azərbaycan Ordusu güclü ordular sırasındadır: “İlk növbədə, ordumuzun sifarişləri təmin edilməlidir və büdcə xərclərinin tərkibində ən böyük xərclər hərbi xərclərdir. Yeni şəhərciklər salınır, hərbi bazalar tikilir, ən müasir silahlar, texnikalar alınır. Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanmışdır və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilmişdir. Onların bir hissəsi Azərbaycana gətirilib. Sadəcə, Ermənistan rəhbərlərindən fərqli olaraq biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazım bildiyimiz anda biz bir daha nəyə qadir olduğumuzu göstərəcəyik. Qoy düşmən bilsin ki, bu gün Azərbaycan Ordusu həm də döyüş qabiliyyətli, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünyada güclü ordular sırasındadır”.
Qüdrət Kazımov,
İsmayıllı bələdiyyəsinin sədr müavini

Şərh Yaz