ŞİRVAN OДћLU ÖZ ELİNƏ BƏNZƏYİR

Şair, vətəndaş, millət vəkili…
Musa Yaqub haqqında, xüsusən də İsmayıllı mühitində, danışmaq da, yazmaq da olduqca çətin və məsuliyyətlidir. Г‡ünki Musa Yaqubun özü də, şeirləri də burada – bu torpaqda doğulub, pərvazlanıb, qol-qanad atıb. Onu bu diyarda, sözün əsl mənasında, tanımayan yoxdur. Və elə adam da çətin tapmaq olar ki, onun bir neçə şeirini və ya şeirlərindən bir neçə bəndi, yaxud, heç olmasa, bir neçə misrasını da varsa əzbər bilməsin.ŞİRVAN OДћLU ÖZ ELİNƏ BƏNZƏYİR      Belə olduğu halda, hamının tanıdığı və sevdiyi bir şair-vətəndaş haqqında onların bildiklərindən əlavə nə isə təzə bir söz demək lazımdır. Ancaq necə deyəsən ki, əvvəllər deyilməmiş ola?!..
Rayon ictimaiyyətinin, poeziya həvəskarlarının yaxşı yadındadır, düz on il əvvəl elə indiki mədəniyyət sarayında şairin 50 illiyi keçirilirdi. İndi budur, on il bir göz qırpımında gəlib keçdi. Mayın 21-də həmin zalda şairin 60 illik yubileyi təntənə ilə qeyd edilirdi.
Əlbəttə, bu on il ərzində ötən vaxt kənardan baxana “bir göz qırpımı” təsiri bağışlasa da, şair üçün bu, gərgin, ağrılı-əzablı yaradıcılıq axtarışları dövrü olmuşdur. Və bu illərin zəhməti hədər getməmişdir. Həmin illər ərzində şairin 5 yeni kitabı çapdan çıxmışdır. Onun əsərləri Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına layiq görülmüşdür. Ən başlıcası isə, çoxlarının təbiət şairi kimi tanıdığı Musa Yaqub 50 illiyindən ötən bu on ildə özünü bir ictimai xadim kimi də təsdiqləmişdir.
Əslində, ictimai xadim olmayan yazıçı yoxdur. Yox, əgər varsa da, o, yazıçı deyil. Bir meşə talasındakı sakit guşədə öz “kainatına” çəkilib yazıb-yaradan bu “təbiət şairi”ni ölkəmizin tufanlı-burulğanlı, taleyimizin təlatümlü illərində – 88-90-cı illərdə azadlıq uğrunda mübarizənin önündə, “meydan”da qurulan tribunadan hayqıran gördük. Və tezliklə bu hayqırtıların sədaları qəzetlərdən, jurnallardan, ekrandan, efirdən gəldi. Musa Yaqub poeziyası üsyan edirdi, imperiya nökərlərini lənətləyirdi, şəhidlərimiz üçün ağı deyirdi, qeyrət qalası olan igidlərimizi tərənnüm edirdi…
Nəhayət, xalq öz sevimli şairinə etimad göstərib onu millət vəkili – respublikanın Milli Məclisinə üzv seçdi. Beləcə ötüşdü on il və şair ömrünün 60-cı baharına gəlib çatdı. Amma bir şey onun poeziyasının pərəstişkarları, eləcə də bütün oxucular üçün şəksizdir – Musa Yaqubun yaş göstəricilərini bildirən rəqəmlərin sayı artdıqca, onun şeirlərinin sayı da, sambalı da artır.

Əbədi mübahisə mövzusu

Əvvəlki illərdə çox yerdə, çox ədəbi məclislərdə Musa Yaqubu, əsasən, təbiət şairi, çox zaman isə yalnız təbiət şairi kimi təqdim edirdilər. Onun təkcə təbiət şairi olmadığı barədə sədalar ümumi xorun içində eşidilməz olardı. Zaman keçdikcə bu “seyrək sədalar”ın sayı “ümumi xora” təsir edəcək qədər artıb çoxaldı.
Şairin 60 illik yubiley təntənəsindəki çıxışların məzmunu bu baxımdan səciyyəvidir. Xalq Şairimiz Qabil onu təbiətimizin və cəmiyyətimizin dərdi-sərini duyub təsvir edən şair adlandırdı. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Musa Yaqub poeziyasını təbiətlə insanın vəhdəti kimi dəyərləndirdi. Şair Sabir Rüstəmxanlı isə daha dərinə gedərək Musa Yaqubu, ümumiyyətlə, təbiət şairi adlandırmağın səhv olduğunu söylədi.
Hər halda, burada misal gətirdiyimiz çıxışların hər üçü Musa Yaqub yaradıcılığının, necə deyərlər, ideya istiqamətini səciyyələndirmək baxımından eyni nöqtədə birləşir. Bu da ondan ibarətdir ki, Musa Yaqub təkcə təbiət şairi deyildir. Bu “əbədi mübahisə” mövzusuna qoşularaq onu əlavə edə bilərik ki, Musa Yaqubu təkcə təbiət şairi adlandırmaq onun yaradıcılığını yoxsullaşdırmaq, miqyasını kiçiltmək demək olardı. Təsadüfi deyildir ki, Musa Yaqubun ədəbiyyata gəlişi düz 38 il bundan əvvəl – 1959-cu ildə “Azərbaycan gəncləri” qəzetinin ardıcıl olaraq dörd nömrəsində dərc olunmuş, ikiyə bölünmüş Vətənin dərdlərindən bəhs edən “İki dünya, iki qəlb” adlı iri həcmli poema ilə başlanır. Sonra “Bu məhəbbət yaşadar məni”, “Dəyirman”, “Ad”, “Un işığı”, “Köhnə dəyirmana sözüm” və s. əsərləri yarandı. Musa Yaqubun nə dərəcədə, belə demək mümkünsə, “cəmiyyət şairi” olduğu onun “Bir iclasın təəssüratı” şeirində bütöv bir epoxaya bircə misra ilə necə sərrast qiymət verməsindən bilinir:
– Asılqanda o papaqlar nə idi?!..
Musa Yaqub bu şeiri ilə, xüsusən də şeirin həmin şah misrası ilə bir zamanlar cəmiyyət həyatında normaya çevrilmiş eybəcərliklərin alnına elə bir möhür basmışdır ki, illər ötdükcə poeziya yaddaşında tarixi həqiqətlərin vəsiqəsi kimi qiymətləndiriləcək və yaşayacaqdır. Əlbəttə, bu şeir şairin yaradıcılığında istisna deyildir. “Şum desələr, bir ayağı şumdadır…” və s. bu kimi zamanın güzgüsü olan digər əsərləri də həmin qəbildəndir.
Bütün bunlarla yanaşı, hamı tərəfındən qəbul və təsdiq edilmiş bir həqiqəti də etiraf etmək gərəkdir: Musa Yaqub təbiət mövzusunda yazdığı şeirləri ilə Azərbaycanda bənzəri olmayan bir sənətkar və bəlkə də bu baxımdan dünyanın ən yaxşı şairlərindən biridir.

Təbriklər

Musa Yaqubla keçirilən görüşlərdə həmişə olduğu kimi yenə də zalda yer olmadığından ayaq üstə dayananların sayı oturanlardan çox olardı. Respublika paytaxtından, habelə respublikanın yaxın və uzaq bölgələrindən şairin poeziya pərstişkarları ya şəxsən gəlmiş, ya da təbrik teleqramları göndərmişdilər. Millət vəkili Asya Manafova Respublika Milli Məclisinin Sədri Murtuz Ələsgərovun təbrikini oxudu. Yazıçılar Birliyinin Sədri Anar, şairin qələm yoldaşları və dostları Qabil, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Zəlimxan Yaqub, Hikmət Mahmud, Maarif Soltan, yazıçı-jurnalist İntiqam Mehdizadə, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı V.Rəhimov, rayon təhsil şöbəsinin müdiri F.Bəşirov, habelə yubiley şənliyində iştirak edən ətraf rayonların icra hakimiyyəti nümayəndələri çıxış edərək Musa Yaqubu 60 illiyi münasibətilə təbrik etdilər, ona xoş arzularını bildirdilər.
Aşıq Yanvar, Sahibə Abdullayeva, İsmayıl İsbatoğlu, Mehman Mirzəyev, Ucar rayonundan Aşıq Əhliman Rəhimov, habelə Əvəz Abbasovun rəhbərliyi ilə rayon mədəniyyət evinin “Niyal” xalq çalğı alətləri ansamblı yubiley münasibətilə hazırladıqları musiqi və mahnı çələngini yubilyara və onun pərəstişkarlarına təqdim etdilər.
Bülbül adına musiqi məktəbinin beşinci sinif şagirdi, həvəskar bəstəkar və müğənni Aynur Qurbanova Musa Yaqubun şeirinə özünün bəstələdiyi mahnını məlahətli səsi ilə ifa etdi. Bəstəkar qızın atası rəssam Rafıq Qurbanov şairin yağlı boya ilə çəkdiyi portretini yubilyara hədiyyə olaraq təqdim etdi.

Nəğməsi könlündə qalanlar oldu…

Г‡ıxışa yazılanların siyahısına nəzər saldıqda məlum oldu ki, 60 illik yubileyi münasibətilə Musa Yaqubu təbrik edib söz söyləmək istəyən pərəstişkarların sayı çıxış edənlərin sayından qat-qat çox imiş. Bunlardan bir çoxu Musa Yaqubun 30 ilə yaxın rəhbərlik etdiyi “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri idi. Musiqi töhfəsi ilə gələn qonaqlardan da vaxtın imkansızlığından nəğməsi könlündə qalanlar oldu. Onlardan biri ertəsi günü redaksiyaya gəlmişdi. Bu, 60-cı illərin əvvəllərində İsmayıllı rayon mədəniyyət evinin müdiri işləmiş, hazırda Ağsu rayonunda yaşayan Aşıq Niyazi idi. 1962-ci ildə Musa Yaqubla birlikdə iştirak etdiyi gənclər festivalından söz açdı. Gözəl poetik istedadından əlavə, həm də bədii qiraət ustası olan Musa Yaqub həmin festivalda Kalvalı Usta Əliyə (balabançalan – məşhur “Heyvagülü” rəqsinin müəllifinə) həsr etdiyi şeirini oxuyub və böyük uğur qazanıb.
Aşıq Niyazi İsmayıllıya və Musa Yaquba həsr etdiyi 15 bəndlik şeiri də redaksiyaya təqdim etdi. Onun Aşıq Yanvara müraciətlə yazılmış şeirinin bir bəndində deyilir:
Səfər edək Buzbulağa, Buynuza,
Orda ehtiram var nəğməyə, saza.
Musa Yaqub bir ləzzətli şeir yaza,
Oxuyub şadlanaq İsmayıllıda!..
Nəhayət, yenidən Yubiley şənliyinin keçirildiyi zala qayıdaq. Söz yubilyara verilir. Şair bəlkə də özünün və həm də ola bilsin ki, pərəstişkarlarının ən çox sevdiyi şeirini oxuyur:
Burda hər meşənin min bir ağacı,
Burda hər ağacın yamyaşıl tacı,
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır…
Zal alqışlara qərq olur. Bəli, belə şeirləri düşünüb-quraşdırmaqla, yazıb-pozmaqla düzəltmək mümkün deyil. Bu, istedadın mayasından, cövhərindən süzülüb gələn ilahi bir vergidir. Tanrı gözəl şairimizə yetərincə uzun ömür və möhkəm cansağlığı bəxş eləsin, o da öz pərəstişkarlarını belə füsunkar poeziya inciləri ilə daha tez-tez sevindirsin.

ƏZİZİMİZ MUSA YAQUB!
Sizi – Azərbaycan torpağının gözəl nəğməkarını 60 illik yubileyiniz münasibətilə təbrik edirik! Azərbaycan çağdaş poeziyasında özünəməxsus yeri olan Musa Yaqubun əsərləri 40 ilə yaxındır ki, Vətənimizdə və onun hüdudlarından kənarda ülvi məhəbbətlə sevilir, oxunur və təqdir olunur. Sizin poeziyanız təkcə Azərbaycan şeirinin deyil, Azərbaycan təbiətinin sirli-sehirli bir parçasıdır. Sizin təbiətlə bağlı şeirləriniz, eləcə də başqa əsərləriniz o dərəcədə səmimi və orijinaldır ki, altında imza yazılmasa da, onları başqa şairlərin əsərləri ilə qarışıq salmaq mümkün deyil.
Yarpaq olub torpağına tökülsəm,
Torpaq olub sellərinlə sökülsəm,
Sel-sel olub dəryalara tökülsəm,
Doymaz gözüm, doymaz yenə bu eldən.
Bu deyim tərzi, bu ecazkar poetik ifadələr yalnız Musa Yaqub qələminə məxsus ola bilərdi. Sizin şeirlərinizdə yamacların quruca daşı da ağappaq çiçək açır, yarpaqlar həqiqətən oxuyur, bulaqlar həqiqətən pıçıldayır. Sizin şeirlərinizdə oxuyan təkcə yarpaqlar, çiçəklər, quşlar, bulaqlar deyil, torpaq da öz dilində nəğmə deyir, gülür, sevinir, həsrət çəkir, bahar gələndə bənizi tərləyir, qumlar da torpaqda rişələnir…
Əziz şairimiz, poeziya meydanında ilk kövrək addımlarınızı atmağa hazırlaşdığınız andan taleyin Sizə bəxş etdiyi istedadın dəyərini və qismətinizə düşən bu ağır yükün məsuliyyətini duyaraq, gələcək yaradıcılıq proqramınız adlandırıla bilən bircə bəndlik şeirdə: “Bəlkə də borcundan çıxmadım, Vətən!” – deyə bu məsuliyyətdən doğan narahatlığı ifadə etmişdiniz. Bu gün tam ixtiyarla deyə bilərik ki, Siz öz torpaq nəfəsli, çiçək ətirli, məhəbbət qoxulu şeirlərinizlə Vətən qarşısında borcunuzu layiqincə yerinə yetirirsiniz.
Musa Yaqub dünyanın ən xoşbəxt insanlarından biridir desək, səhv etmərik. Г‡ünki Sizin bu gözəl Vətəndə dostlarınız da, pərəstişkarlarınız da çox-çoxdur. Dostlarınızın çoxluğunun sübutu budur ki, Respublikamızın yaradıcı ziyalıları arasında bu gün İsmayıllının, xüsusən də onun ən gözəl incilərindən biri olan Buynuz kəndinin yolunu tanımayan az adam tapılar. Pərəstişkarlarınızın çoxluğu bundan bilinir ki, Sizin hansı səbəbdənsə çap olunmayan şeirləriniz mətbu əsərlərinizdən daha sürətlə yayılır, sevilir və əzbərlənir.
Dostlarınız Sizi dəyərli dost kimi, poeziyamızın pərəstişkarları bir gözəl şair kimi, övladlarınız da bir valideyn kimi tanıyır və sevirlər. Məsəl var deyərlər, “qardaşın necə adamdır, deyir yoldaş olmamışam”. Г‡ünki dostluqda, şairlikdə, hətta valideyn-övlad doğmalığında kölgədə qalan bir çox cəhətlər yoldaşlıq – yol yoldaşlığı, məktəb yoldaşlığı, əsgər yoldaşlığı, iş yoldaşlığı məqamında üzə çıxır. Bütün sadalanan məziyyətlərdən əlavə, biz Sizi həm də bir iş yoldaşı kimi tanıyıb-sevmişik. Yaradıcılığınızın daha yetkin bir mərhələsinə – ömrünüzün 7-ci onilliyinə qədəm qoymağınız ərəfəsində Sizə bu ulu dağların ömrü qədər uzun ömür, bu dağların havası kimi təmiz, suyu kimi saf bir cansağlığı, daha coşqun ilham, daha geniş yaradıcılıq üfüqləri arzulayırıq! Arzu edirik ki, bundan sonra da, pərəstişkarlarınızın hər gün yeni şeirlərinizlə, hər il yeni kitablarla sevindirəsiniz!
“Cavanşir yurdu” qəzetinin kollektivi.
“CAVANŞİR YURDU” 22 May 1997-ci il.

PS. Bir neçə gün əvvəl may ayının 3-də paytaxtdakı “Aktyor Evi”ndə Musa Yaqubla keçirilən görüşdən yazmaq istəyirdim. Lakin 20 il əvvəl şairin İsmayıllıda böyük təntənə ilə qeyd edilən 60 illik yubiley şənliyindən yazdığlm və “Cavanşir yurdu”nda dərc olunmuş məqaləni nəzərdən keçirəndə fikrimi dəyişdim. Mənə elə gəldi ki, həmin yazını oxuculara təqdim etməklə şairin 80 illiyi ilə əlaqədar keçirilən budəfəki şənlik haqqında da tam təsəvvür yaratmaq olar. Г‡ünki bu məclis hər cəhətdən 20 il əvvəlkinə çox bənzəyirdi. Hətta çıxışçıların və musiqiçilərin də bir qismi elə əvvəlkilər idi. Amma, əlbəttə, yeniliklər vardı, həm də kifayət qədər. Məsələn, əməkdar artist Zöhrə Abdullayeva əvvəlki məclisdə çıxış etməmişdi. Bəlkə də təşkilatçılar “ZÖHRƏ” (şairin həyat yoldaşı) adını xatırlatmaqla bu mübarək yubiley günündə şairin kövrək qəlbini ovundurmaq istəmişdilər?! Muğamatımızın yeni “ulduzu” Kamilə Nəbiyeva da şairin 60 illiyində çıxış etməmişdi. Г‡ünki həmin vaxtlar onun 2-3 yaşı olardı. Məclisin təşkilatçısı şair Maarif Soltan, aparıcı Əjdər Ol idi. Xalq şairi Nəriman Həsənzadə, bədii qiraət ustası Əməkdar artist Ağalar Mirzə, şair Ramiz Rövşən, akademik Rafiq Əliyev və yaddaşımda saxlaya bilmədiyim daha bir neçə nəfər də yeni çıxışçılardan idilər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun şairin yubileyi münasibətilə təbrik teleqramını Dövlət qulluğu veteranı Valeh Salehov səsləndirdi.
Nazirlər Kabineti sədrinin müavini, yazıçı Elçinin gəlmək imkanı olmasa da, göndərdiyi teleqram bu məzmunda idi: “Musa Yaqub şeirimizin Səttar Bəhlulzadəsidir”.
Şairin bu iki yubiley arasındakı müddətdə mətbuatda dərc olunmuş əsərləri və çap olunmuş yeni kitabları göstərir ki, həmin müddət şairin yaradıcılığının ən məhsuldar dövrü olmuşdur və bu gün də həmin qaydada davam edir. Bütün bunları düşünərək əminliklə demək olar ki, Musa Yaqub yaradıcılığında yaş və yorulmaq məhdudiyyəti yoxdur və olmayacaqdır da.
Bu dəfə də 20 il əvvəl olduğu kimi çıxış etmək, yaxud nəyi isə ifa etmək istəyənlərin bir çoxunun vaxt çatışmazlığından arzusu könlündə qaldı. Və habelə–¦
ŞİRVAN OДћLU ÖZ ELİNƏ BƏNZƏYİR
Məmməd Mirzə

Şərh Yaz