Növbəti uğur

Azərbaycan Respublikası Təhsil Nazirliyinin, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə aid olan Balakən rayonunda oğlanlar arasında “Sərbəst güləş”, Yunan-Roma güləşi, idman növləri üzrə zona yarışı keçirilib. Növbəti uğur   900 nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlar, 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü – sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə təşkil olunub. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagird qatılıb.
Rayonumuzu təmsil edən Uşaq-Gənclər İdman Məktəbinin komandasının 3 idmançısı Fərid Səmədov, Sehran Orucov (Diyallı kənd tam orta məktəbinin şagirdləri), Kənan Alıyev (şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi) yarışlarda uğurla mübarizə apararaq ikinci və üçüncü yerləri qazanıblar.
Qalib gələn idmançılar “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalları ilə təltif ediliblər.
Nəriman Alıyev,
İsmayıllı rayon Uşaq-Gənclər məktəbinin direktoru

Şərh Yaz