Yaddas kitabcasi

Ulu öndərin xatirəsinə həsr olunmuş idman tədbiri

5 may 2017-ci il tarixdə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin Azərbaycan Qol Güləşi Federasiyasının İsmayıllı nümayəndəliyi ilə birgə təşkil etdiyi yeniyetmə və gənclər arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş qol güləşi üzrə rayon birinciliyi keçirilib.Ulu öndərin xatirəsinə həsr olunmuş idman tədbiri    Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açıb. O, Ulu öndərın
şərəfli ömür yolu, çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verib. Bu dahi şəxsiyyətin Azərbaycan idmanına göstərdiyi dövlət qayğısı barədə fikirlərini idmançıların diqqətinə çatdırıb.
Azərbaycan Qol Güləşi Federasiyasının İsmayıllı rayonu üzrə nümayəndəsi Vüsal Qəzənfərov da birincilikdə iştirak edib və İsmayıllı idmançılarının gündən-günə artan uğurlarının başlıca olaraq ölkə rəhbərliyinin düzgün siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Gərgin mübarizə şəraitində keçən yarışda müxtəlif çəki dərəcəsində qalib adını qazanan idmançılar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.
Tuncay Əliyev

Şərh Yaz