İldönümünə həsr edilmiş rayon birinciliyi

23 aprel 2017-ci il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən IX ümumrayon Spartakiadasına daxil olan Cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirildi.İldönümünə həsr edilmiş rayon birinciliyi     Tədbir Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri ilə başlandı. Tədbiri cüdo üzrə məşqçi-müəllim Əkbər Şəfaqətov açıq elan etdi və ilk sözü İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehova verdi.
Taleh Salehov birincilik iştirakçılarını salamladı, onlara qələbə sevinci arzuladı. Qonaqları rayonumuzda görməyindən məmnunluğunu ifadə etdi. O, həmçinin ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğı və ehtimadı diqqətə çatdırdı.
Ardınca İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov çıxış edərək iştirakçıları salamladı və rayon icra hakimiyyətinin daim gənclərin və idmançıların nailliyyətlərini təqdir etdiyini vurğuladı.
Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəis müavini, cüdo üzrə idman ustası Bəhlul Əliosmanov keçirilən yarışların, qazanılan qələbələrin idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd etdi.
Birincilikdə 2 şəhər və 6 rayon olmaqla, ümumilikdə 200 nəfər idmançı mübarizə apardı. 2004-2006-cı il təvəllüdlü idmançılar arasında İsmayıllı cüdoçuları və 2001-2003-cü il təvəllüdlü idmançılar arasında Qəbələ cüdoçuları I yerə layiq görüldülər.
Qaliblər İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları, medalları və kuboku ilə təltif edildilər.
Səbuhi Əzizov

Şərh Yaz