Yaddas kitabcasi

Atletlərimiz ikinci olub

İsmayıllı Olimpiya-İdman Kompleksində atletika üzrə Respublika çempionatının zona yarışları keçirilib. Yarış Atletika Federasiyasının qaydalarına uyğun olaraq 60 və 300 metr məsafəyə qaçış, uzununa tullanma və estafet mərhələləri üzrə keçirilib.Atletlərimiz ikinci olub              Balakən, Qax, Qəbələ, Şəki, Oğuz, Ağcabədi, İsmayıllı, Ağsu, Şamaxı, Kürdəmir, Ucar və Ağdaş rayonunun komandaları arasında gedən gərgin mübarizədə Oğuz komandası I, İsmayıllı komandası II, Qax komandası isə III yeri qazanıb.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edilib.
Birinci və ikinci yerin qalibləri Xaçmaz şəhərində keçiriləcək Respublika çempionatının final yarışlarına vəsiqə qazanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz