Yaddas kitabcasi

Şahmat birinciliyi keçirilib

Təhsil işçilərinin və gənclərin asudə vaxtlarını səmərəli keçirmək məqsədilə rayonun ümumi təhsil müəssisələrinin müəllimləri və gəncləri arasında Azərbaycan xalqının ümummilli lideri Heyder Əliyevin anadan olmasının 94- ci ildönümünə həsr olunmuş şahmat yarışı başa çatmışdır. Şahmat birinciliyi keçirilib      Yarışda 45 nəfərdən çox təhsil işçisi ,gənclər qədim intellektual idman oyununda öz güclərini sınamışlar. Maraqlı keçən yarışda şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Cahangir Niftalıyev I yeri, şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Arif Mirzəyev II yeri, Şəhər 3 nömrəli məktəb liseyin müəllimi. təhsil veteranı Məmmədmirzə Rzayev III yeri, Şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Namiq Qasımov IV yeri tutmuşlar. Qaliblər RTŞ- si, Gənclər və idman idarəsi və Həmkarlar İttifaqı Rayon Komitəsinin diplomu və pul mükafatı ilə qiymətləndirilmişdir. Birinci yeri tutan Niftalıyev Cahangir may ayının əvvəlində Bakı şəhərində keçirilən Respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanmışdır.
Hafiz Kərimov,
ATİAHİ İsmayıllı RK- nın sədri

Şərh Yaz