Futbolçularımızın növbəti uğuru

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2017-ci il vahid idman təqvim planına əsasən, 07-12 may 2017-ci il tarixlərdə 12-13 yaşlı futbolçular arasında “Sevinc” kuboku uğrunda ölkə çempionatının zona mərhələsi keçirildi. Futbolçularımızın növbəti uğuru     08 may 2017-ci il tarixdə Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışlarda İsmayıllı komandası Abşeron və Sumqayıt komandaları ilə eyni qrupda yer almasına baxmayaraq, Sumqayıtı 4:3, Abşeronu 5:1 hesabı ilə məğlub etdi. Komandamız zona yarışlarında I yeri qazanmaqla final yarışlarına vəsiqəni təmin etmiş oldu. Komandamızı təbrik edirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz