Yaddas kitabcasi

Aprel döyüşləri ordunun nə qədər qüdrətli olduğunu bir daha nümayiş etdirdi

Aprel döyüşlərində mənfur düşmən Azərbaycan Silahlı Qüvvələrinin gücünü bir daha gördü. Bütün dünya şahid oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi. Aprel döyüşləri öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatına ciddi zərbə vurdu, erməni cəmiyyətini sarsıtdı. Xocalı faciəsinin cinayətkarı Serj Sarkisyan hakimiyyəti və onun havadarları bilməlidirlər ki, Azərbaycan əsgəri heç zaman işğal faktı ilə barışmayacaq.
Aprel döyüşləri ordunun nə qədər qüdrətli olduğunu bir daha nümayiş etdirdi
Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Sülh danışıqları nəticə verməsə, əli silah tutan hər bir vətəndaşımız işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübarizəyə tam hazırdır. Aprel döyüşlərində hərbçilərimiz fərdi şücaətlər göstərməklə yanaşı, ordumuzun arsenalında olan ən son silahlardan, başqa sözlə desək, “beşinci nəsil” silahlardan istifadə edərək son illərdə əldə olunan müasir silah sistemlərinə bacarıqla yiyələndiklərini nümayiş etdirdilər.
Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücümun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Döyüş nəticəsində Goranboy rayonun və Naftalan şəhərinə təhlükə yaradabiləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin Erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. 2 aprel 2016-cı il beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvləri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əkshəmlə əməliyyatını və cavab tədbirlərini saat 15:00-dan başlayaraq birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edib. Azərbaycan tərəfini razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edən mövqeləri, ərazilərin geri qaytarılmasına cəhd göstərdi və nəticədə həm hərbi texnika, həm də canlı qüvvə sarıdan xeyli itki verdi. Qısa müddətdə həyata keçirilən sürətli əks həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhəni bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri erməni silahlı qüvvələrindən tam azad olundu. Aprelin 3-dən başlayaraq Azərbaycan Sillahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırdığını elan etdi. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvləri Ağdərə-Madagiz istiqamətində yoların nəzarətdə saxlanmasını təmin etdi.
Aprel döyüşləri ordunun nə qədər qüdrətli olduğunu bir daha nümayiş etdirdi
Aprel döyüşləri ordunun nə qədər qüdrətli olduğunu bir daha nümayiş etdirdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016-ci il aprel ayının 6-da yayımladığı məlumata əsasən aprelin 2-dən etibarən intensivləşən Azərbaycan-Ermənistan silahlı münaqişəsi kontektsində Ermənistan tərəfindən beynəlxalq hümanitar hüququn pozulmasının davam etdirilməsinə dair məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, “2016-ci ilin 2 aprel tarixində səhər erkən saatlarından başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbyacan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahıllarında olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəstdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 mülki şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin, çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrakstruklara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektirik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. Bir məscid ibadət zamanı yüksək kolibrli artilleriya mərmiləri ilə vurulub”. Hərbi əməliyyatlar zamanı 93 hərbi qulluqçu həlak olub, bir Mi – 24 helikopteri vurulub və bir tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 20-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 340 döyüşçü öldürülüb və 500-dən artıq döyüşçü yaralanıb.
Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı əks-həmlə əməliyyatı və cavab tədbirlərinin dayandırılmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam etdi. Düşmən tərəfi itirilmiş mövqelərin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd–“Füzuli istiqamətində mövqelərimizə hücum edib və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub. Aprelin 3 və 4-nə keçən gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qaldı. Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalırdı. Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınması üçün Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edirdi. Bu istiqamətdə düşmənin strateji baxımından əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdıldı. Aprelin 4-də axşam saatlarında Ermənistanın 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü nəticəsində məhv edildi. Cəbhənin Xocavənd-Füzuli istiqamətində isə Ermənistanın 2 tankı heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikası sıradan çıxarıldı. Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarında keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qaldı, 20-dək hərbi texnikası tam sıradan cıxarıldı. Azərbaycan Respublikası Müdafiə Nazirliynin aprelin 19-unda yayımladığı məlumata əsasən cəbhə bölgəsində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli pilotsuz üçüş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edildi. Növbəti gün aprelin 20-sində yayımlanmış məlumatlarda isə qeyd edilib ki, yenə Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter tipli “DJİ PHAMTON” pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib. Aprelin 5-də, saat12-dən etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisləri arasında əldə edildi. Azərbaycan ordusunun silahlı qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.
Azərbaycan Ordusunun bölmələri aprel döyüşləri zamanı əməliyyatları həm cənubda –“ Lələtəpə, həm də şimalda Talış kəndləri istiqamətlərində əlavə qüvvə cəlb etmədən, əraziyə cavabdeh briqadaların iştirakı ilə aparıb. Bu bir daha onu deməyə əsas verir ki, Azərbaycan Ordusu işğal altındakı ərazilərdə, özü də strateji yüksəkliklərdə mövqe tutmuş, orada illərdən bəri möhkəmləndirmə işləri aparmış düşməni kiçik qüvvə ilə darmadağın etməyi bacarmışdır.
Aprel döyüşlərinin əsas yekunlarından biri də düşmən üzərində hərbi və psixoloji üstünlüyə nail olmağımızdır. Bununla yanaşı, həmin döyüşlər Azərbaycanın daxilindəki milli həmrəyliyi, Qarabağ münaqişəsi məsələsində xalqın iqtidarla sarsılmaz birliyini dünyaya göstərdi. Düşünürəm ki, döyüş əməliyyatlarının bir daha təkrarlanacağı təqdirdə Azərbaycan Ordusu qısa müddətdə düşmənə ağır zərbələr endirərək respublikamızın ərazi bütövlüyünü təmin edəcək.
Aprel döyüşləri Azərbaycan Ordusunun işğal altında olan bütün torpaqlarını istənilən an geri qaytarmaq gücündə olduğunu sübut etdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, aprel döyüşləri bizim şanlı tariximizdir. Biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazilərinin bir hissəsi işğalçılardan azad edildi. Biz indi Lələtəpə ərazisindən on minlərlə hektar torpağa nəzarət edirik. Erməni ordusu orada heç tərpənə də bilmir.
Aprel döyüşləri zamanı qazandığımız şanlı qələbə sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri tez bir zamanda işğal altındakı bütün ərazilərimizi azad etmək gücündədir. Bu döyüşlər Azərbaycanın tarixində uğurlu hərbi qələbəmiz kimi qalacaq.
Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi.
Kamran Behbudov,
ADA Universitenin müəllimi, hüquq üzrə fəlsəfə doktoru

Şərh Yaz