Kollec Novruz bayramında

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin (İDHTK) müəllim və tələbə heyəti rayonda keçirilən Novruz bayramında fəal iştirak edib. Ayrı-ayrı idarə, müəssisə və təşkilatların bayram hazırlığının Mərkəzi Meydanda nümayişi zamanı RİH başçısı Mirdaməd Sadıqov bayram təbrikini çatdırmaqla yanaşı, Kollecin fəaliyyətindən razılığını ifadə edib və kollektivə yeni uğurlar arzulayıb.
Kollec Novruz bayramında
***

İDHTK-nin istedadlı tələbələri Novruz bayramı ərəfəsində qeyd olunan çərşənbələrdə də öz bacarıqlarını nümayiş etdiriblər. Gənlərin Kollecdə keçirdikləri bayram şənliyi də böyük izdiham və coşqu ilə qarşılanıb. Tələbələrin hazırladığı bayram konserti –“ oxuduqları mahnılar, göstərdikləri səhnəciklər, Kosa və Keçəlin yumor dolu nömrələri Kollecin tələbələ və müəllimləri tərəfindən rəğbətlə qarşılanıb.
Kollec Novruz bayramında
Şənlikdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru, dosent Kəmalə Süleymanlı Novruz bayramının tarixi barədə geniş məlumat verib, kollektivi bayram münasibəti ilə ürəkdən təbrik edib.
Aysel Abbasova,
Kollecin tələbəsi

Şərh Yaz