Yaddas kitabcasi

Böyük qələbəyə gedən yolun başlanğıcı

Azərbaycan xalqı həmişə öz vətənini sevmiş, onun azadlığı uğrunda hər cür fədakarlığa, qəhrəmanlığa, mübarizəyə hazır olmuşdur. Axı biz qəhrəman bir xalqın övladlarıyıq. Vətən müqəddəsdir. Biz onun təbii nemətləri ilə böyüyüb boya-başa çatırıq. Tarixən vətənimiz təbii sərvətlərlə zəngin olmuşdur. Bu sərvətləri ələ keçirmək üçün düşmən qüvvələr həmişə bizə qarşı işğalçılıq siyasəti yeritmişdir.
Böyük qələbəyə gedən yolun başlanğıcı
Nemətlərimiz talanmış, torpaqlarımız zəbt edilmişdir. Lakin mərd oğul və qızlarımıza güvənərək vətənimizə layiq övlad, sədaqətli vətəndaş olduğumuzu dönə-dönə sübut etmişik. Vətənpərvərliyimizlə öyünmüşük. Əsl vətənpərvər insan özü üçün deyil, vətənin, xalqın gələcəyi üçün yaşayandır.
XX əsrin sonu Azərbaycan xalqına gözləmədiyi müharibə, kədər, göz yaşları gətirdi. Torpaqlarımızın bir hissəsi mənfur qonşularımız olan ermənilər tərəfindən işğal edildi. Minlərlə oğul və qızlarımız şəhid oldu. Milyondan çox soydaşımız öz ata-baba torpaqlarından didərgin düşdü, dağıntılara məruz qaldıq. Lakin sınmadıq, əyilmədik. Yenə özümüzdə qələbəyə inam hissi aşılayaraq gələcəyə ümidlə baxdıq. Qələbə çalacağımız günü həsrətlə gözlədik. Г‡ünki biz igid oğullarımıza, onların qəhrəmanlığına inanırdıq, güvənirdik.
Böyük qələbəyə gedən yolun başlanğıcı
Nəhayət, o gün gəldi . 2016-cı ilin 2-5 və 27-28 aprel tarixlərində erməni silahlı qüvələrinin sərhədlərimizi, yaşayış məntəqələrimizi atəşə tutmasına cavab olaraq igid döyüşçülərimiz əks hücuma keçdilər. Mühüm strateji əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyini və işğal olunmuş torpaqlarımızın bir hissəsini düşməndən azad edərək düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etdilər. Bu, xalqımızın böyük qələbəsi idi.
Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev bu tarixi qələbəni cəbhədə böyük uğurlamızın başlanğıcı hesab edir.
Bu münasibətlə həmin qələbənin ildönümünü qeyd etmək üçün müəllim və şagirdlərimiz bir araya gəldilər. Şagirdlərimizin ifasında vətənpərvərlik və qələbə əzmini ifadə edən şeirlər səsləndirildi. Г‡ıxış edənlər igid oğul və qızlarımızın az bir vaxtda daha böyük qələbələrə nail olacaqlarına, bayrağımızın işğal olunmuş torpağlarda dalğalanacaqına inam hissini bildirdilər.
Gündən-günə çiçəklənən respublikamızın mükəmməl, düşmənə cavab verən formalaşmış ordusu, müasir texnikanı idarə etməyi bacaran savadlı hərbiçiləri vardır. Bu günkü gəncliyin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması hamımızın öhdəsinə düşən mühüm vəzifələrdən biridir.
Gilas Musayeva,
şəhər 2 nömrəli tam orta məktəbinin direktor müavini

Şərh Yaz