Yaddas kitabcasi

Təbrik edirik

Azərbaycan Respublikasındakı dinamik inkişaf bütün sahələrdə olduğu kimi idmanda da öz müsbət təsiri və nəticələrini göstərməkdədir. Son illərdə idmançılarımızın respublika və dünya miqyasındakı qələbələri ölkənin hər bir vətəndaşını sevindirməkdədir. Sevindirici haldır ki, qazanılan uğurlarda İsmayıllı idmançılarının da xüsusi yeri vardır.
Təbrik edirik
18-19 mart 2017-ci il tarixdə respublikamızın paytaxtı Bakı şəhərində karate üzrə keçirilən birincilikdə həmyerlimiz –“ Cəlal Valeh oğlu Məhərrəmov öz çəki dərəcəsində qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmış, 23-26 mart tarixlərində Şağan Olimpiya-İdman Kompleksində isə Bakı Peşəkar Karate-do Akademiyasının tələbələinin Asiya çempionatında Kempo üzrə ikinci yerin sahibi olaraq gümüş medal qazanmışdır.
Cəlal Məhərrəmovu təbrik edir, ona yeni-yeni idman və təhsil uğurları arzulayırıq.
Xəyyam Məmmədov,
İsmayıllı Gİİ-nin əməkdaşı

Şərh Yaz