Yaddas kitabcasi

Dağ çiçəkləri

Bilmirəm

Ürəyim tələsiyir,
Nədən, niyə, bilmirəm?
Soruşuram dərdini,
Deyir: ”Deyə bilmirəm”.

Bu nə ömürdü, vaxtdı,
Bu nə taledi, baxtdı?
Qapısını nə vaxtdı
Bəlkə döyə bilmirəm?
Bilmirəm
Ürəyim tələsiyir,
Nədən, niyə, bilmirəm?
Soruşuram dərdini,
Deyir: ”Deyə bilmirəm”.

Bu nə ömürdü, vaxtdı,
Bu nə taledi, baxtdı?
Qapısını nə vaxtdı
Bəlkə döyə bilmirəm?

Ümidini kəsdi nə,
Kim durubdu qəsdinə?
Əlimi heç üstünə
Küsüb, qoya bilmirəm.

Г‡ox dərdə sinə gərdi,
Mərdi, namərdi gördü.
Bəs nədir gizli dərdi?
Onu duya bilmirəm.

Udub çox ahlarımı,
Açıb sabahlarımı.
Gizli günahlarımı
Dadıb, saya bilmirəm.

Dedim: “Oxşa, sev incə”…
Heç gülmədi sevincə.
Onunla bir sevincə,
Nədən uya bilmirəm?

… Aynamsan, bax aynadan,
Nədir səni oynadan?
Ay ürəyim, dünyadan
Tezdi, doya bilmirəm.
Nazir Ziya Talıstanlı

Rübailər

Bir bulud ağlamaz ürəyim kimi,
Nə olsun ki, səsi-səmiri yoxdur.
Hər gün kərpic-kərpic sökülüb gedir,
Qəzalı ömrümün təmiri yoxdur.
***
Salonlar boğulur tüstü iyindən,
Saf, büllur kəlmələr hislənir indi.
Г‡ox vaxt layiqsizə deyildiyindən
Təriflər töhməttək səslənir indi.
***
Ölçülər o qədər ölçüdən çıxıb,
Əyritək görünür düzlük adama.
Düzlük əyrilikdən o qədər qorxub,
Heç zaman çatdırmır heç kimi kama.
***
Əcəl ki yetişdi, dönür zəhərə,
Xəstəni içdiyi dərman öldürür.
Əzrayıl nəçidir, bircə can ala,
İnsanı ilahi fərman öldürür.
***
Könlümdə alovtək tüğyan eləyən
Əsrin sancısıdır mənim ürəyim.
Bəlkə də, Tanrının gözünə layiq
Bir yaş damcısıdır mənim ürəyim.
Oqtay İsmayıllı

Bu yaz

Bir ümid gətirib bu bahar mənə,
Qələbəm, zəfərim öndədir bu yaz!
Vətən sevgisini, yurd həsrətini,
Xalqın ürəyindən qoparmaq olmaz!

Gülümsər bənövşəm qanlı daş altda,
Bitirib lalələr bu yerlər haçan?!
Müqəddəs arzular durnalar kimi,
Şəhid ruhlarıdır yurduma uçan.

Hələ Kəlbəcərdən keçəcək yolum,
Güllər çəmən-çəmən o Taxtadüzdə.
Şəhid çinarlarım göyərib qalxar,
Vətən torpağında dik ayaq üstə.

Ədalət yolunda, haqq yolundayıq,
Düşmənin arzusu qalar gözündə.
Ellər bayram edər qələbəmizi,
Elə bu baharda Cıdır düzündə.

Üçrəngli bayrağım dalğalanacaq,
Cəbrayıl, Qubadlı, Ağdam, Laçında.
Xain daşnakları görərik bu yaz,
Arxaya baxmadan qaçhaqaçında.

Qəlbimdə intiqam, gözümdə alov,
Vuruşa, döyüşə hazıram hər an.
“Dünyaya günəş tək doğacaq” mütləq,
Müqəddəs yurdumuz, bu Azərbaycan!
Murad Məhərrəmov

Dəmkeşin qəmi

Ürəkdən yana-yana,
Zurnaya, balabana.
Ürəyində kədər, qəm,
Dəmkeş olub tutdu dəm.
Ordu boşaldı, şişdi,
Dedi: Bu da bir işdi.
Nə zurna çala bildi,
Nə balaban pülədi.
Həyat da bax, belədi.
Gözləri balabanda,
Qara zurnada qaldı.
Qəlbini dərd, qəm aldı,
Dəmkeşi qəm apardı.
Bir gün köçdü dünyadan,
Dedilər, dəm apardı.
Xalıq Yusifoğlu

Azadlıq

Üz tutdu imdad üçün boz keçiyə qoyunlar,
Dedilər : “Ağıllısan, çarə et, dərdimiz var.
Sahibimiz, bu çoban yaman aldadır bizi,
Ağılda dustaq edir, bazarda satır bizi.
Gözümüzü qorxudur əlindəki dəyənək,
Hər yerdə pusur bizi yanındakı boz köpək.
Sən bir azad məkan tap, oraya apar bizi,
Zalımların əlindən bir yolluq qopar bizi ”.
Keçi dedi: ”Qəlbimi ağrıtdı göz yaşınız,
Amma fikir etməyin, xarab olar başınız.
Tanıyıram, bilirəm mən o azad məkanı,
Oranın nə köpəyi , nə də vardır çobanı.
Azad çıxıb dağlara, düzlərə enərsiniz,
Yeyib, yatıb, gərnəşib, camışa dönərsiniz.
Amma getməzdən qabaq sizi edim xəbərdar,
O azad gülüstanın hakimidir Canavar”.
Şahlar Hacıyev

Keçə bilmir

Üstümə çətir bulud,
Başımdan keçə bilmir.
Leysanlaşıb yağardı,
Yasımdan keçə bilmir.

Bu yer mənim, göy mənim,
Müqəddəs hər şey mənim.
Arxamdadır düşmənim,
Qarşımdan keçə bilmir.

Düşüb dumana, çənə,
Bəlkə də dönə-dönə.
Bir qız vurulub mənə,
Yaşımdan keçə bilmir.
Cəbrayıl Hüseyn

Səni sevəndən

Lap uşaq kimiyəm səni sevəndən,
İnciməyə bir bəhanə gəzirəm.
Xəyallarım oyuncağa bənzəyir,
Köhnəldikcə tullayıram, əzirəm.

Qaysaq tutmur ayrılığın yarası,
Bilə-bilə duz səpirsən, qan verir.
Ruhum quşdu, qanadları qırılmış,
Г‡ırpınaraq sinəm üstə can verir.

Könül evim xarabalıq kimidir,
Arzularım kərpic-kərpic sökülür.
Yetim köynəyidir üzülən qəlbim,
Yırtığından ümidlərim tökülür.
Turac Hilal

Vətənimə vətəndaşam

Bir dağ seli ola biləm,
Dərə-təpə axam, keçəm.
Elə coşam, kükrəyəm ki,
Zirvələrə baxam, keçəm.

Xəbislərin, xainlərin,
Ürəyində dönəm qana.
Onları bir çör-çöp kimi
Г‡əkib salam burulğana.

Şəlaləyə dönə biləm,
Qayalarda durulanam.
Üz tutanda düzəngaha,
Gül-çiçəkdə qurulanam.

Saf bulağa dönə biləm,
Söz incimdən dada hərə.
Bir məhəbbət dastanını,
Pıçıldayam sevənlərə.

Bu arzular işıq seli,
Xəyalımı dəlib, keçir.
O, ruhumdan qaynaqlanır,
Ürəyimdən gəlib keçir.

Amalımla, məramımla,
Namərdlərə dəyən daşam.
Yaxşıları sevirəm mən,
Vətənimə Vətəndaşam.
Xatın

Xəcalət çək, utan…

Müharibələrdən deyilir, savaşlardan söz açılır,
Haqsızlıqda bir dənəsən, yoxdu sənə çatan, dünya.
Körpədən tutmuş böyüyə qan selində çapalayır`
Dağa-daşa dikəlməsin, gözlərin gəzməsin qaya,
Yerə dikginən başını, xəcalət çək, utan, dünya.

Başlarda qazan qaynada, canda əridə qurğuşun,
Г‡örəyini xəbis yeyə, xainliyi edə qonşun.
Sənə bata bilməsə də, üzərinə gələ qoşun
Görünməyə sifətdə ar, perik düşə üzdən həya,
Yerə dikginən başını, xəcalət çək, utan, dünya.

Г‡əpər çəkib qarşısına, qoyammırsan bəşərə sədd,
Xırda-xırda balığasa qurmaqdasan qıra, kəmənd.
Talamaqda, dağıtmaqda nədi fikrin, nədi məqsəd?
Г‡ənginə almalı dəniz, boğmalıdır səni dərya,
Ayaq altına qoy başı, xəcalət çək, utan, dünya.
Tamam Nur Tağlabiyanlı

Girdiman körpüsü

Hikkələnsə yatağına sığmayır,
Gur, dəlisov nərəsindən batır qulaq.
Г‡ılğınlşır, sahilləri viran qoyur,
Qara, qonur pəncəsini uzadaraq.

Zaman keçir, beşikdəki körpə kimi,
Uyuyaraq yatağında yırğalanır.
O halından bu halına körpü kimi,
Ürəyim də qucağında yırğalanır.

Anlamayır ürəyini ürək onun
Anlamayır hardan doğmuş bu nəğməsi.
Şirin ömür, körpə həyat qatilinin
Nədən şirin layla olur zümzüməsi.

Girdiman! Görürəm sənin üstündən
Gələn nəsillərə körpü salan var.
Ellər sevəcəkdir səni bu gündən,
Bax onda ürəyim səni anlayar.
Rövşən Niyallı

Ata

Şair, bir ad denən qəlbimdən mənə,
Bir ad de, deməyə dilin tutmasın.
Qələmin əlində titrəsin, düşsün,
Şeiri yazmağ a əlin tutmasın.

Nə gəlir cahanda atadan qabaq?
Ev özü bir cahan, atadır Allah.
Varmış qədərində solmaq, saralmaq,
Bizim dərdimizlə hər çəkəndə ah.

Sinədə döyünən bir ürək kimi,
Özünü odlara atandır ata.
İnsafsız, rəhimsiz, zalım fələyin
Dərdini dərdinə qatandır ata.
Məhəbbət Məcnun

Niyə belə

Gözlərimi gözlərinə,
Dağlarına, düzlərinə
Baldan şirin sözlərinə
Həsrət qoydun niyə belə?

Can sözünə can verərəm,
Damarımdan qan verərəm.
Sabah üzü dan verərəm,
Möhnət qıydın niyə belə?

Alırsan əqlimi sərdən,
Uca boylu, mina gərdən.
Bir dolan gəl, bizə hərdən,
Yardan doydun niyə belə?

Yarım demə bir də məni,
Zalım, saldın dərdə məni.
Dərd taparmış dərd əməni,
Yaram soydun niyə belə?

Can söylədim hər sözünə,
Qədəm qoydum hər izinə
Vurulmuşam gül üzünə,
Tərsə duydun niyə belə?

Solmaz canın etdi fəda,
Gün görmədi bu dünyada.
Əskilmədi ağrı, qada,
Qəlbim oydun niyə belə?
Solmaz Şirvanlı

Pəncərədən daş gəlir

Qəlbini gizlət, yürü,
Yaş üstünə yaş gəlir.
Başını möhkəm bürü,
Pəncərəndən daş gəlir.

Dayanma məğrur-məğrur,
Quru gedən yaş gəlir.
Ordan bir az uzaq dur,
Pəncərədən daş gəlir.

Kasıbın yuxusuna,
Г‡eşid-çeşid aş gəlir.
Uzaq keçmişindəndi,
Pəncərəndən daş gəlir.

Qapını aç, qarşıla,
Evinə qardaş gəlir.
Pəncərəni bağlı tut.
Pəncərədən daş gəlir.

Yarıtmaz göz çıxarıb,
Bir əlində qaş gəlir.
Kimə çağırışdı bu,
Pəncərədən daş gəlir.
Şəhla Ramazanqızı

Sənin xətrinə

Bir sevginin tarixini yazıram,
Bir arzunun məzarını qazıram.
Ömür boyu susmağa da hazıram,
Tək sənin xətrinə, sənin xətrinə.

Biganəlik ürəyimi ağrıdır,
Şirin sözün hisslərimə oğrudur.
Hər nə desən, deyəcəyəm doğrudur,
Tək sənin xətrinə, sənin xətrinə.

Zəmanənin ələyindən keçərəm,
Oyunundan, kələyindən keçərəm.
Hər gün, hər an ürəyindən keçərəm,
Tək sənin xətrinə, sənin xətrinə.
Elnarə Günəş

Öldüm

Allah mənə rəhmət eləsin! Qəflətən öldüm,
Yatmışdım əcəb, bilmədim əsla, nədən öldüm.

Vaxt çatdısa bir kəs ala bilməz, daha bir kəs,
Verdim nəfəsi, oldu həmin ol gedən, öldüm.

Ruhum yenə mizrab kimidir sarı sim üstə
Qan dondu, ürək susdu, buz oldu bədən, öldüm.

Fərqində deyil el, nə əməl sahibiyəm mən,
Şəxs öldüsə, qiymət alacaq, adətən, öldüm.

Tərlan dedi azadə, bütöv torpağım olsun,
Əfsus, nə şəhidəm, nə də qazi, Vətən, öldüm.
Tərlan Saleh

Xocalı

Mən qar üstə xizək izi görmüşdüm,
Görməmişdim qar üstə qan izini.
Mən Vətəndə Vətən üçün üşüdüm,
Kimlər dərir qönçəni, nərgizini?

Gözlər gülməz, ürəkdə dərd var ikən,
“Torpaq“, – deyib həsrət çəkir bu ürək.
Torpaqda qan, neçə namərd var ikən,
Necə bitsin indi orda gül, çiçək?

Vətən oğlu, düşmənindən al qisas,
Şəhid ruhlar dəyanəti gözləyir.
Bir vaxt qiyamətə qalmazdı qisas,
İndi nədən qiyaməti gözləyir?

Torpaq yoxsa, söylə hardan güc alım?
Kimdir deyən sənə: “Gülmə”В¬, – Xocalım?
Qoyma məni körpə ikən qocalım,
Sən Güsümü uşaq bilmə, Xocalım.
Gülsüm Maisqızı

Gəl, oğlum

Ömrümdən qış keçir, bahar tələsir,
Səni görmək üçün ürəyim əsir.
Səbri-qərarımı ayrılıq kəsir,
Sənin yollarında qalıbdır gözüm.

Olmasın yolunda kaş çiskin, duman,
Bitsin bu ayrılıq, bitsin bu hicran.
Gəl mənim ömrümə, ol mənə həyan,
Sənə deyiləsi nə çoxdur sözüm.

Yolunu gözləyib mən yorulmuşam,
Fikirlər əlində çaşıb qalmışam.
Qanadı qırılmış, səmasız bir quşam,
Açılmır ürəyim, gülməyir üzüm.

Xəyalım tək sənin yanında qalır,
Səni düşünəndə gözlərim dolur.
Tənhalıq çəkdikcə gül rəngim solur,
Bilmirəm həsrətə mən necə dözüm?

Qəlbimdə arzum var, dilimdə sözüm,
İstərəm yoluna gül-çiçək düzüm.
Daha ayrılığa qalmayıb dözüm,
Gəl açılsın qəlbim, gəl, gəl, əzizim.

Həyatda görməyək nə qüssə, nə qəm,
Oxşayım telini, tutum əlindən.
Sənin həsrətinlə göynəyir sinəm,
Dön geri, boyuna qurbanam özüm.
Xuraman Baxış

Qocalırıq

Bahar gəlir, açır güllər,
Əriyir qar, axır sellər.
Tarix olur ötən illər,
Bir ömür də qocalırıq.

Vaxt ötdükcə nələr olur…
Qoca, cavan yaşa dolur.
Biri açır, biri solur,
Bir ömür də qocalırıq.

Gül- çiçəklər ətir saçır,
Körpə quşlar qanad açır.
Biri qovur, biri qaçır,
Bir ömür də qocalırıq.

Belə gəlir, gedir illər,
Gücdən düşür güclü əllər.
Ağardıqca qara tellər,
Bir ömür də qocalırıq.

Aşıq sözün telə deyir,
Xoş nəğməsin elə deyir.
Mirəli də belə deyir:
–“ Bir ömür də qocalırıq.
Mirəli İsmayıllı

Şərh Yaz