Yaddas kitabcasi

Ərzaq məhsulları tədarükü və təchizatı

“Ərzaq məhsulları tədarükü və təchizatı” ASC Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə təsis edilmişdir. Cəmiyyətin fəaliyyətə başlamasından qısa vaxt keçməsinə baxmayaraq 12 regional bölmə, 46 rayonda dayaq məntəqəsi yaradılmış, mərkəzi Bakıda olmaqla 12 rayonda xüsusi təyinatlı soyuducu tipli depo-anbarlar qurularaq istifadəyə verilmişdir.
Ərzaq məhsulları tədarükü və təchizatı
Ərzaq məhsulları tədarükü və təchizatı
Ötən müddətdə dövlət büdcəsindən mailiyyələşən satınalan təşkilatlarla 825 müqavilə bağlanmışdır. ASC 01 yanvar 2017-ci il tarixdən etibarən satınalan təşkilatların ərzaq təchizatının həyata keçirilməsinə başlamışdır.
Şamaxı, Qobustan, Ağsu və İsmayıllı nümayəndələrinin təmsil olunduğu regional müşavirə “Qala” şadlıq sarayında keçirilib. Tədarük- təchizat məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirəni giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb, ASC-nin yaranması zərurətindən, istehsalçı ilə istehlakçı arasında oynadığı əhəmiyyətli roldan, bu təşkilatın xüsusilə ərzaq məhsullarının tədarükündə kənd təsərrüfatı istehsalçılarına böyük xeyir verəcəyindən ətraflı danışıb. Rayon icra hakimiyyətinin və yerli icra strukturlarının ASC ilə işgüzar əlaqədə işləyəcəyini bildirib. Qeyd edib ki, ərzaq məhsullarının tədarükündə İsmayıllı daha yüksək nəticələrlə iştirak edəcək.
“Ərzaq məhsulları tədarükü və təchizatı” ASC-nin sədr müavini Elşən Əsədov “Dövlət satınalan təşkilatların təchizat məsələləri” mövzusunda məruzə edib.
ASC-nin departament direktoru Abbas Hacıyevin, informasiya və elektron xidmətlər sektorunun mütəxəssisi Kəmalə Adıyevanın müxtəlif mövzularda çıxışları dinlənilib.
Məsələlər ətrafında işgüzar diskussiya gedib, təkliflər irəli sürülüb. ASC-nin fəaliyyətini yaxşılaşdırmaq, ərzaqların, xüsusilə ət və süd məhsullarının keyfiyyətini yüksəltməklə əlaqədar səmərəli təkliflər irəli sürülüb. Müzakirələrdə Şamaxı və İsmayıllı satınalan təşkilatlarının nümayəndələri daha fəal iştirak ediblər.
Hər bir iştirakçı anket sorğusu formasında təkliflərini regional müşavirənin təşkilatçılarına çatdırıb.
Sonda qeyd olunub ki, ASC regionlarda satınalan təşkilatlarla maarifləndirici müşavirələri davam etdirəcəkdir.
Şahin Hüseynov

Şərh Yaz